YAP-ın namizədləri Sənqəçal qəsəbəsindən də tam dəstək alacaq
08.12.2009 [10:01]
Dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı dünən rayonun Sənqəçal qəsəbəsində tədbir keçirib. Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov ilk olaraq rayon təşkilatının bələdiyyə seçkilərinə hazırlıqla bağlı həyata keçirdiyi seçki hərəkətləri barədə məlumat verib.
O, ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətdən danışaraq vurğulayıb ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı güclü bir dövlətə çevirib: “Uğurlarımızın əsasında Xalq-iqtidar birliyi dayanır. Regionların inkişafı ilə bağlı qəbul olunan Dövlət Proqramları bölgələrin inkişafına yol açıb. Məhz görülən işlər, aparılan islahatlar Azərbaycan xalqının hakimiyyətə, Yeni Azərbaycan Partiyasına olan inamının daha da möhkəmlənməsinə səbəb olub. Təbii ki, bu inkişaf özünü Qaradağ rayonunda, eyni zamanada, Sənqəçal qəsəbəsində də əyani şəkildə göstərir”.
Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərilə bağlı konsepsiyasına uyğun olaraq, budəfəki bələdiyyə seçkilərində gənclərin və qadınların namizədlik əmsalının artırıldığını xüsusi vurğulayan Aydın Hüseynov bildirib ki, YAP öz üzərinə xalqımıza ən yüksək səviyyədə xidmət etmək missiyasını götürüb və bu günə qədər həyata keçirilən tədbirlərlə həmin missiyanın öhdəsindən layiqincə gəlib: “YAP Sənqəçal qəsəbəsi bələdiyyəsi üzrə 9 nəfərin namizədliyini irəli sürüb. Düşünürəm ki, hər zaman seçkilərdə aktivlik nümayiş etdirən Sənqəçal qəsəbəsinin sakinləri bu dəfə də düzgün seçim edəcəklər”.
Tədbirdə çıxış edən YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, millət vəkili Hadi Rəcəbli hakim partiyanın bələdiyyə seçkilərində inamlı qələbə qazanacağına əmin olduğunu deyib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində son illərdə respublikamız regionda aparıcı dövlətə çevrilib, əhalinin həyat şəraiti yaxşılaşıb. Bu inkişaf Qaradağ rayonunda da müşahidə edilir. Rayonun bütün kənd və qəsəbələri öz simasını son illər ərzində sürətlə dəyişməyə başlayıb”.
Onun sözlərinə görə, yarandığı gündən xalqa xidmət prinsipini prioritet sayan Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayaraq həyata keçirdiyi tədbirlərlə ümumxalq partiyasına çevrildiyini sübut edib və xalqın etimadını qazanıb: “Əminəm ki, Yeni Azərbaycan Partiyasının namizədləri inamlı qələbə qazanaraq seçicilərin etimadını doğrultmaq üçün bundan sonra da var qüvvəsi ilə xalqa xidmət göstərəcək və üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək. İnanıram ki, bu seçkilərdə də Sənqəçal qəsəbəsinin sakinləri YAP-ın namizədlərinə səs verəcək”.
YAP-ın Sənqəçal qəsəbəsi üzrə namizədi Əhməd Mehdiyev çıxış edərək bələdiyyələrin tarixindən bəhs edib. O, bildirib ki, Azərbaycanda bələdiyyə sisteminin yaşının az olmasına baxmayaraq, vətəndaşlarımızın rahatlığı naminə böyük işlər görüblər.
Digər namizəd Ramiz Hüseynov söyləyib ki, bələdiyyələrin insanların həyatındakı yeri və rolu artmaqdadır.
çıxış edən namizəd Rövşən Əhmədov vurğulayıb ki, xalqımız Yeni Azərbaycan Partiyasına olan inamını hər bir seçkidə öz səsləri ilə nümayiş etdirir.
Yalçın İsrafilov isə əmin olduğunu bildirib ki, xalqımız ümummilli lider Heydər Əliyev siyasi kursuna, dövlət başçımızın Sədri olduğu Yeni Azərbaycan Partiyasına olan inamını bu dəfə də nümayiş etdirəcək.
Namizəd Emil Ələkbərov söyləyib ki, hər zaman siyasi kampaniyalarda aktiv iştirak edən Sənqəçal seçiciləri bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.
Şərqiyə Bədəlova çıxış edərək vurğulayıb ki, 10 illik təcrübəsi olan Azərbaycan bələdiyyəsi özünün inkişaf yolundadır.
Digər namizəd Anar Lətifov isə deyib ki, Yeni Azərbaycan Partiyasının namizədi olaraq hər zaman seçicilərin etimadını doğrultmaq istiqamətində səmərəli addımlar atacağıq.
Sonra çıxış edən qəsəbə sakinləri bələdiyyənin gördüyü işləri qənaətbəxş qiymətləndiriblər. Bir sıra çatışmazlıqların olduğunu, Yeni Azərbaycan Partiyasının namizədləri bələdiyyələrə seçildikdən sonra onların da aradan qaldırılacağına inandıqlarını söyləyən sakinlər, budəfəki bələdiyyə seçkilərində də YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45

