Sahil qəsəbəsinin seçiciləri yalnız YAP-a inanır
04.12.2009 [09:29]
Dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı dünən rayonun Sahil qəsəbəsində tədbir keçirib.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov ilk olaraq rayon təşkilatının bələdiyyə seçkilərinə hazırlıqla bağlı həyata keçirdiyi seçki hərəkətlərindən danışıb.
Aydın Hüseynov özünüidarəetmə orqanlarına toxunaraq bildirib ki, bələdiyyələr ölkəmizdə həyata keçirilən sosial, iqtisadi, mədəni, humanitar tədbirlərdə fəal iştirak etmək və vətəndaşların sosial məişət qayğılarının həllində aktivlik nümayiş etdirmək üçün səylərini gücləndirməlidir: “Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi onların qarşıdakı illərdə ölkə həyatının müxtəlif sahələrində aktiv iştirak etməsinə səbəb olacaq”.
Aydın Hüseynov deyib ki, YAP hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürüb: “Xalqa xidmət naminə” şüarı ilə bələdiyyə seçkilərində iştirak edən YAP, seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaq. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs hər zaman vətəndaşların rifahının yaxşılaşmasına xidmət edib və bu gün də bu proses davam edir. Bu gün bələdiyyə seçkilərində namizədliyi irəli sürülən Yeni Azərbaycan Partiyası üzvləri də məhz bu siyasətin daha yüksəksəviyyəli uğurlarla nəticələnməsinə çalışacaq. Mən inanıram ki, dövlətçiliyə sədaqətli olan Sahil qəsəbəsinin seçiciləri hər zaman olduğu kimi, bu dəfə də doğru seçim edəcəklər”.
Aydın Hüseynov seçicilərin həmişə siyasi proseslərdə fəal iştirak etdiklərini və dekabrın 23-də bələdiyyələrə keçiriləcək seçkilərdə layiqli namizədlərə səs verəcəklərinə əmin olduğunu bildirib: “Yeni Azərbaycan Partiyası Azərbaycanın hər yerində sevilən və dəstəklənən bir siyasi təşkilatdır. Məhz xalqın partiyamıza bu cür böyük etimad göstərməsi və ciddi dəstəyi onun uğurlarında əsas rol oynayır. Əminəm ki, keçirilmiş bütün siyasi kampaniyalarda aktivlik nümayiş etdirən Sahil qəsəbəsinin sakinləri bu dəfə də doğru seçim edəcək, seçki vaxtı böyük mütəşəkkillik nümayiş etdirəcəklər”.
Sonra tədbirdə Qaradağ rayonu Sahil qəsəbəsi üzrə YAP-ın irəli sürdüyü namizədlər çıxış ediblər.
çıxış edən İmran Şıxəliyev deyib ki, yüksək hazırlığı, gördüyü işlər, tətbiq etdiyi seçki texnologiyaları və ən əsası xalq sevgisi bu seçkilərdə də YAP-ın qələbə qazanacağını deməyə əsas verir.
Məqsəd Aranlı isə söyləyib ki, Yeni Azərbaycan Partiyasının Azərbaycanın hər yerində sevilən və dəstəklənən bir siyasi təşkilatdır: “Məhz xalqın partiyamıza bu cür böyük etimad göstərməsi və ciddi dəstəyi onun uğurlarında əsas rol oynayır”.
Namizəd Vəzir Qasımov deyib: “Əminəm ki, Sahil qəsəbəsinin sakinldəri seçki zamanı daha aktiv olacaq və YAP-ın namizədlərinə səs verəcəklər”.
Siyavuş Məhişov da bildirib ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan siyasətin, bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dövlətimiz böyük inkişaf yolu keçib.
İbiş Qəhrəmanov söyləyib ki, hamımız bu seçkilərə daha məsuliyyətlə yanaşmalı, etimad göstərdiyimiz, inandığımız şəxslərin bələdiyyələrdə təmsil olunmasına çalışmalıyıq.
Namizəd Rafiq Şahverdiyev vurğulayıb ki, bu gün YAP Heydər Əliyev ideyalarına sadiqliyini nümayiş etdirir və Onun ideyalarının ən fəal təbliğatçısıdır.
Seçicilər isə, öz növbəsində, budəfəki bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxMEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31

