Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Sumqayıt şəhər təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar təşviqat kampaniyasına başlayıb

YAP Sumqayıt şəhər təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar təşviqat kampaniyasına başlayıb

02.12.2009 [10:04]

Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatı dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təşviqat kampaniyasına başlayıb.
Bu münasibətlə xüsusi qərargah yaradılıb. Şəhərdəki dörd dairə seçki komissiyasından verilən məlumata görə, Sumqayıt bələdiyyəsinə 138 namizəd irəli sürülüb. Yeni Azərbaycan Partiyasının şəhər təşkilatı 19 yerə 19 namizəd irəli sürüb. Şəhərin birinci məhəlləsində seçicilərlə ilk görüş keçirilib. YAP şəhər təşkilatının sədri Asif İmaməliyev təmsil etdiyi partiyadan olan namizədləri təqdim edib, yerli özünüidarə institutunun əhəmiyyəti barədə məlumat verib, seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıb.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatı bələdiyyə seçkilərinə hələ bir il əvvəl hazırlaşmağa başlayıb. İki qəsəbə bələdiyyəsinə də namizədlər irəli sürülüb. YAP şəhər təşkilatının sədri A.İmaməliyev deyib: “Bu seçkilərdə yüksək nəticələr əldə etmək ümidindəyik”.

Paylaş:
Baxılıb: 1626 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30