YAP Pirallahı rayon təşkilatında “Xalqa və dövlətçiliyə xidmət” mövzusunda tədbir keçirilib
12.04.2019 [09:45]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə “Xalqa və dövlətçiliyə xidmət” mövzusunda tədbir keçirilib. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Milli Məclisin deputatları, YAP Pirallahı rayon təşkilatının Şura üzvləri, ərazi ilk partiya təşkilatları sədrləri, rayonun Ağsaqqallar Şurasının üzvləri, Qarabağ müharibəsi veteranları və Çernobıl əlilləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan 2018-ci ildə də iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə edib, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənib: “Ötən 16 ilin mənzərəsinə nəzər saldıqda görürük ki, respublikamız sürətlə inkişaf edib, bütün sahələrdə parlaq nailiyyətlər qazanıb. Ötən ilin ən əlamətdar hadisəsi isə prezident seçkilərinin keçirilməsi və cənab İlham Əliyevin növbəti dəfə möhtəşəm qələbə qazanması oldu. Azərbaycan xalqı yenidən dövlətimizin başçısına yüksək etimad göstərdi və bir daha sabitliyə, inkişafa, tərəqqiyə səs vermiş oldu”.
Sonra çıxış edən millət vəkili Elman Nəsirov ölkə başçısı cənab İlham Əliyevin 2019-cu ilin ilk üç ayı ərzində sosialyönümlü sərəncamlarından əhalinin hər yaş qrupunun faydalandığını deyib. Azərbaycanda qazlaşdırmanın 95 %-ə çatdığını, bölgələrin, hətta ucqar dağ kəndlərinin fasiləsiz elektrik enerjisi ilə təmin olunduğunu, bütün ölkə boyu yol infrastrukturunun dünya standartları səviyyəsinə çatdırıldığını deyən millət vəkili əldə edilən uğurların arxasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin dayandığının qeyd edib.
Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kəmaləddin Qafarov isə çıxışında ölkəmizdə səhiyyə sisteminin inkişafına dövlət, şəxsən Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. Millət vəkili həmçinin Azərbaycan Ordusunun qısa zaman ərzində torpaqlarımızı işğaldan azad etmək iqtidarında olduğunu qeyd edib.
Tədbirdə çıxış edən, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev bildirib ki, hər bir dövlətin gücü onun iqtisadi və hərbi gücü ilə ölçülür: “İqtisadi cəhətdən bütün sahələrdə inkişaf edən Azərbaycan Ordusunun döyüş qabiliyyəti bütün dünyaya bəllidir. Bu gün bizim ordumuz istənilən vəzifəni icra edə bilər”.
Millət vəkili onu da bildirib ki, Prezident İlham Əliyevin sosialyönümlü islahatları nəticəsində əsasən neft rayonu olan Pirallahı rayonunda da qeyri-neft sektoru sürətlə inkişaf edir. Onun sözlərinə görə, rayondakı Sənaye Parkının ərazisində inşa olunan və yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulan şprits zavodu daxili tələbatı ödəməklə yanaşı, əlavə ixrac imkanları da yaradacaq: “Bundan əlavə yeni dərman istehsalı zavodunun inşası aparılır. Yaxın günlərdə Azərbaycan-Rusiya birgə müəssisəsi olan “R-Pharm” MMC tərəfindən dərman vasitələrinin qablaşdırılmasına başlanması nəzərdə tutulur”.
Sonda çıxış edən YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Rüfət Əhmədov ölkəmizdə gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan danışıb.
Sonda partiyanın və rayonun ictimai-siyasi həyatında fəallıq göstərdiklərinə görə bir qrup YAP Pirallahı rayon təşkilatı fəalına Fəxri fərmanlar, partiya sıralarına yeni qəbul edilmiş şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxSosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17

