Yeni Azərbaycan Partiyasında müşavirə keçirilib
19.07.2018 [09:45]
İyulun 18-də Yeni Azərbaycan Partiyası (YAP) rayon və şəhər təşkilatları sədrlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirilib. Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.
Müşavirədə çıxış edən Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, bu gün Azərbaycan sürətlə inkişaf edir, yeniləşir, müasirləşir. O, Azərbaycanın dünyada mövqelərinin daha da möhkəmləndiyini diqqətə çatdırıb: “Azərbaycan regionun lideri adını şərəflə daşıyır, bir sıra beynəlxalq layihələri uğurla həyata keçirir və eləcə də böyük layihələrin təşəbbüskarı qismində çıxış edir. Bütün bunların hamısı beynəlxalq miqyasda ölkəmizin rolunu və əhəmiyyətini ciddi şəkildə artırır. Bütün bunlarla yanaşı, Azərbaycanın gələcəklə bağlı böyük planları var”.
Aprelin 11-də Azərbaycanda prezident seçkilərinin keçirildiyini xatırladan Əli Əhmədov seçkilərdə İlham Əliyevin seçicilərin mütləq əksəriyyətinin dəstəyi ilə parlaq qələbə qazandığını diqqətə çatdırıb. O, qarşıdakı 7 il ərzində də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük nailiyyətlər qazanacağına əminliyini ifadə edib.
Əli Əhmədov vurğulayıb ki, Azərbaycan xalqı öz milli mənəvi dəyərlərinə daim hörmətlə yanaşıb. “Azərbaycanda heç vaxt dini radikalizm olmayıb, amma vaxtilə siyasi radikalizmin ölkəyə necə ziyan gətirdiyinin şahidi olmuşuq. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə ölkəmizdə siyasi radikalizmə də son verilib və sabit inkişafın əsası qoyulub”, - deyən Baş nazirin müavini qeyd edib ki, Azərbaycandakı inkişafın da əsasını ölkədəki sabitlik təşkil edir. Əli Əhmədov milli mənəvi dəyərlərin kontekstində dinin rolu, cəmiyyət, dövlət və din münasibətləri, ölkəmizdə islami dəyərlərə göstərilən qayğıdan ətraflı danışıb. Bildirib ki, Prezident İlham Əliyevin diqqəti sayəsində Azərbaycandakı bütün dini-tarixi abidələr bərpa olunub və yeniləri inşa edilir. Din və müasirlik mövzusuna toxunan Baş nazirin müavini bildirib ki, Azərbaycan cəmiyyəti müasir olmaqla yanaşı, öz dəyərlərinə sadiqdir və gənclərimiz müasir dünyanın tələb və çağırışlarını yaxşı dərk edir.
Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov çıxışında bildirib ki, din amilindən sui-istifadə edən ekstremist qüvvələr ənənəvi milli mənəvi dəyərlərimizə sadiq qalan dindarların dəstəyini qazana bilmədilər, əksinə, onların qınağına tuş gəldilər. Çünki dövlət-din münasibətlərinin möhkəm təməllər üzərində qurulduğu ölkəmizdə dindarlara daim dövlət tərəfindən diqqət və qayğı göstərilir.
Şöbə müdiri deyib ki, Azərbaycanda dini etiqad azadlığının əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla aparılan multikulturalizm siyasəti vasitəsilə təmin olunur. Məlum olduğu kimi, bu siyasət azərbaycançılığın tərkib hissəsi kimi cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasətdir. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının əsas göstəricilərindən biri ölkə vətəndaşlarının dini etiqad azadlığının təmin edilməsidir. Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının təmin olunması demokratik inkişaf yolu seçib, yaratdığı multikultural mühitlə və tolerantlığı ilə dünya ölkələri arasında seçilən Azərbaycan Respublikasının daxili siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan dövləti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının tərkib hissəsi kimi yanaşır. Ölkə vətəndaşlarının dini etiqad azadlığı Azərbaycan Respublikası Konstitusiyasına, “Dini etiqad azadlığı haqqında” Qanuna və digər normativ hüquqi aktlara əsaslanır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı çıxış edərək Azərbaycandakı dövlət-din modelindən danışıb. Qeyd edib ki, bu modelin əsas müddəaları və prinsipləri Ulu öndərin müəllifi olduğu və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq maddələrində öz əksini tapıb. Azərbaycan hüquqi, dünyəvi, demokratik ölkədir və Azərbaycan dövləti milli mənəvi dəyərlərə, İslam dini ilə yanaşı, digər konfessiyalara da çox böyük diqqət və qayğı göstərir. Məhz buna görə də Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələri həm İslam ölkələri, həm də bütün dünya tərəfindən nümunə olaraq öyrənilməkdədir. Bu gün Azərbaycanda bütün məzhəblər arasında münasibətlərin yüksək səviyyədə olması, vəhdət namazlarının qılınması, məscidlərdə möminlərin öz ibadətlərini sərbəst şəkildə yerinə yetirməsi üçün hərtərəfli şərait yaradılıb və bütün bu tədbirlər onu göstərir ki, ölkəmizdə dini sahədə böyük bir sabitlik var.
Mübariz Qurbanlı əlavə edib ki, tarixən Azərbaycanda dinlər, məzhəblər və təriqətlər arasında heç zaman qarşıdurma olmayıb. Ona görə də Azərbaycanda hər hansı ekstremist qüvvələrin dini istiqamətdə təxribatlar törədərək dövlət müstəqilliyimizə, eyni zamanda, dini sahədəki inkişafımıza təhlükə yaratmasına imkan verilməməlidir. İmamların məscidlərdəki dini moizələri daha çox islami dəyərlərin qorunmasına, təbliğinə yönəlməli, dini mövzuda ədəbiyyatların, yeni-yeni əsərlərin yazılması, yayılması, bu mövzuda media resurslarında kütləvi təbliğat və təşviqat işlərinin aparılması işləri genişləndirilməlidir.
Müşavirəyə yekun vuran Ə.Əhmədov YAP-ın yerli strukturlarının rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

