/ / YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurası partiyanın yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirib
YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurası partiyanın yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirib
07.11.2017 [10:08]
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının Qadınlar Şurası YAP-ın yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirib. Tədbirdə çıxış edən Qadınlar Şurasının sədri Hicran Xəlilova YAP-ın yaranması tarixinə qısa nəzər salıb, ötən 25 ildə əldə olunmuş nailiyyətlər haqqında danışıb. Partiyamızın ötən 25 ildə şərəfli və uğurlarla zəngin bir yol keçdiyini xatırladan H.Xəlilovanın sözlərinə görə, Ulu öndərin həyata keçirdiyi quruculuq siyasətində YAP özünəməxsus rol oynayıb. H.Xəlilova deyib ki, bu gün Ulu öndərin siyasi kursunun YAP Sədri, cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan yeni-yeni uğurlar əldə edir.
YAP Qaradağ rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək vurğulayıb ki, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Buna görədir ki, partiyamızın, o cümlədən YAP-ın Qaradağ rayon təşkilatının sıraları günbəgün genişlənir. YAP-ın ölkəmizin siyasi, iqtisadi, ictimai həyatında mühüm rol oynadığını deyən millət vəkilinin sözlərinə görə, partiyamız sıralarında 700 mindən artıq insanı birləşdirir ki, bu da çox möhtəşəm qüvvədir. “25 illik bir dövr Azərbaycanın müstəqillik və inkişaf tarixinə çevrilib. Bu illər ərzində Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib, hərbi və siyasi baxımdan ölkəmiz xeyli güclənib”, - deyən millət vəkili partiyamızın sıralarında qadınların fəal təmsilçiliyinin əhəmiyyətini qeyd edərək, əlavə edib ki, Azərbaycanın Birinci vitse-prezidenti, YAP-ın Sədr müavini Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti nəinki partiyamızda təmsil olunan yüzminlərlə qadınlarımız, o cümlədən bütövlükdə Azərbaycan qadını üçün nümunə və həyat məktəbi sayılır.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədr müavini Hicrət Qaradağlı, rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Nazakət Məmmədova və digərləri bildiriblər ki, Ulu öndər Heydər Əliyev hər zaman qadınlarımıza xüsusi diqqət və qayğı ilə yanaşıb. Qeyd olunub ki, Ulu öndərin müəyyənləşdirdiyi siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

