YAP ölkəmizin avanqard siyasi qüvvəsidir
18.04.2017 [09:18]
Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının IX konfransı keçirilib
Bahar Muradova: Yeni Azərbaycan Partiyasının gücü bu gün Azərbaycanın milli gücü, qüdrəti kimi xarakterizə edilir
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının IX konfransı keçirilib. Tədbir iştirakçıları öncə rayon təşkilatının qərargahının foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyublar. Konfransı giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva Yeni Azərbaycan Partiyasının yarandığı ilk gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyinin möhkəmləndirilməsi, iqtisadiyyatının inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olmasında avanqard siyasi qüvvə olaraq fəaliyyət göstərdiyini bidirib. M.Abasquliyeva hesabat dövründə görülən işlər barədə məlumat verərək deyib ki, 1993-cü il aprel ayında 30 nəfərlə ilk təsis konfransını keçirən YAP Sabunçu rayon təşkilatı bu gün 123 ərazi üzrə ilk partiya təşkilatında 9707 nəfər YAP üzvünü birləşdirir: “Ötən müddət ərzində YAP Sabunçu rayon təşkilatı böyük inkişaf yolu keçmişdir. Bu gün YAP Sabunçu rayon təşkilatının 123 ərazi ilk partiya təşkilatında 9707 nəfər partiya üzvündən 5361 nəfəri, yəni 55 faizi qadınlar, 3651 nəfəri, yəni 37 faizi gənclərdir. Ötən müddət ərzində YAP Sabunçu rayon təşkilatı öz sıralarını daim genişləndirərək partiyamızın Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələri ləyaqətlə həyata keçirməkdədir”.
Konfrasda rayon təşkilatı Nəzarət Təftiş Komissiyasının sədri İlqar Süleymanov, rayon təşkilatının Qadınlar Şurasının sədri Ramidə İbrahimova, YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Abbasəliyev çıxış edərək görülən işlərdən danışıblar.
Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev konfransda çıxış edərək YAP-ın yaranma tarixindən, partiyanın əldə etdiyi nailiyyətlərdən və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edib. O, Ümummilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq arenada da öz sözünü deyən ölkəyə çevrildiyini söyləyib. A.Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdə alternativsiz siyasi qüvvə kimi qəbul edildiyini bildirib.
Konfransda YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edərək YAP-ın əldə etdiyi böyük nailiyyətlərdən ətraflı bəhs edib: “Yeni Azərbaycan Partiyası bu gün beynəlxalq əlaqələr, o cümlədən dünyanın müxtəlif sağ mərkəzçi hakim partiyaları ilə geniş və əhatəli əməkdaşlıq əlaqələri qurur. Qazanılan bu nailiyyətlərin təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
“Ötən zaman ərzində vətəndaşların yüksək etimadını qazanan Yeni Azərbaycan Partiyası xalqın mütləq əksəriyyətinin dəstəyi ilə fəaliyyət göstərir. Partiyanın gücü yalnız onun sıralarında olan insanların sayı ilə ölçülmür. Yeni Azərbaycan Partiyasının gücü bu gün Azərbaycanın milli gücü, qüdrəti kimi xarakterizə edilir”, - deyən YAP İdarə Heyətinin üzvü əlavə edib ki, xalqımızın mütləq əksəriyyəti YAP-ın avanqard rolunu, onun təkamül yolu ilə ölkəmizi uğurdan-uğura apardığını qəbul edir, bundan qürur duyaraq hər zaman ona dəstək verir. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələri Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunurlar. “Partiyamızın nümayəndələri Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın inkişaf yoluna sədaqət nümayiş etdirərək milli maraqlar ətrafında sıx birləşiblər. Təsadüfi deyil ki, Azərbaycan ictimaiyyətinin birmənalı şəkildə dəstəklədiyi Yeni Azərbaycan Partiyası bu zamana qədər qatıldığı bütün seçkilərdə qələbə qazanıb. Bələdiyyə, parlament və prezident seçkilərinin nəticələri, bütövlükdə, YAP-ın üstün nüfuzunu, xalqın bu partiyaya inamını göstərən başlıca amillərdəndir”, - deyə B.Muradova vurğulayıb.
Tədbirdə çıxış edən Milli Məclisin üzvü Dilarə Cəbrayılova Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yoldan danışıb. O bildirib ki, Yeni Azərbaycan Partiyası uğurlar, qələbələr partiyasıdır.
Konfransda təşkilatın hesabat dövründə fəaliyyəti müsbət qiymətləndirilib, rayon təşkilatının yeni tərkibdə Şurası və İdarə Heyəti, eləcə də nəzarət-təftiş qrupu seçilib. Meriban Abasquliyeva yenidən YAP Sabunçu rayon təşkilatının sədri seçilib.
Sonda Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının IX konfransının qərar layihəsi qəbul olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 May 11:54
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28

