“Multikultural dəyərlər və müasir gənclik”
17.03.2016 [10:10]
YAP Gənclər Birliyinin təşəbbüsü ilə bu mövzuda tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) təşəbbüsü ilə Zirə qəsəbəsində yerləşən Zirə Mədəniyyət Mərkəzi Eko parkında “Multikultural dəyərlər və müasir gənclik” mövzusunda tədbir keçirilib. Tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, millət vəkili, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, millət vəkili Rauf Əliyev və YAP GB-nin sədri Seymur Orucov iştirak ediblər.
Tədbirdən öncə gənclər Eko parka ekskursiya edib, Heydər Əliyev Fondunun layihəsi olan bu parkın fəaliyyəti ilə bağlı məlumat alıblar. Tədbiri açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov 2016-cı ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu bildirib. Azərbaycanda tarixən multikultural dəyərlərə hörmətlə yanaşıldığını qeyd edən S.Orucov ölkəmizdə dini, irqi və etnik dözümlülüyün olduğunu, bu faktın ölkə Konstitusiyasında öz əksini tapdığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan xalqı bu bəşəri dəyərləri yüz illərlə qoruyaraq gələcək nəsillərə ötürüb. S.Orucov qlobal dünyada baş verən proseslərə diqqət çəkərək multikulturalizmin təbliği istiqamətində mühüm addımların atılmasının gərəkliliyini bildirib. O, Azərbaycanın tolerantlıq modelinin dünya üçün nümunə olduğunu deyib.
Daha sonra geniş məruzə ilə çıxış edən YAP İdarə Heyətinin üzvu, parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov gənclərlə keçirilən görüşlərin əhəmiyyətini qeyd edib. Millət vəkili bildirib ki, bu görüşlər yüksək dəyərlərin qorunmasında, eləcə də ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Onun sözlərinə görə, Azərbaycan tarixən müxtəlif dini, irqi, milləti təmsil edən xalqların birgə yaşadığı, sabitliyin hökm sürdüyü ölkə olub. Ölkəmizin ən ali qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasında insanların vicdan azadlığı təsbit edilib. Belə ki, Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyamızda dinindən, dilindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabərliyinin təsbit olunması Azərbaycandakı tolerantlığın bariz sübutudur. E.İbrahimov daha sonra Azərbaycanda iqtisadi, sosial sferada qazanılan uğurlardan danışıb. O, bildirib ki, son 12 ildə əldə edilən iqtisadi uğurların əsasında məhz siyasi sabitlik və xalqımızın vahid ideologiya ətrafında birləşməsi dayanır: “Bu gün Azərbaycanda əldə edilmiş inkişaf tempi olduqca yüksəkdir. Hətta son bir neçə ildə müşahidə edilən qlobal maliyyə böhranı ölkəmizin inkişafı tempinə mane ola bilmədi. Dünya bazarında neftin dəfələrlə ucuzlaşması qeyri-neft sektorunun inkişafını labüd edir. Təsadüfi deyil ki, qeyri-neft sektoru ölkə iqtisadiyyatının lokomotivinə çevrilir. Bu mənada kənd təsərrüfatının, aqrar sahənin inkişafı üçün ölkəmizdə münbit şərait mövcuddur. Bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərilir. Ölkə başçısının imzaladığı Fərman və sərəncamlar ixracın gücləndirilməsini təşviq edir, eləcə də sahibkarların fəaliyyətini stimullaşdırır”.
Çıxış edən millət vəkili Şəmsəddin Hacıyev deyib ki, Azərbaycan artıq dünyada sivilizasiyaların dialoq mərkəzi kimi şöhrət tapıb: “Azərbaycanda bütün dinlərə və digər millətlərə mənsub olan toplumlara tarixən tolerant münasibət bəslənilib. Tolerantlıq hər kəsin fərqli ifadə tərzinə hörmətlə, ziddiyyət təşkil etsə belə onun fikirlərinə dözümlü yanaşmaqdır. Bu isə Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri və bütövlükdə türk millətinin xarakteri ilə bağlı olan məsələdir”.
Çıxış edən millət vəkili Rauf Əliyev bu gün ölkəmizdə fərqli millətlərin nümayəndələrinin, eləcə də dini baxımdan fərqli inanca sahib insanların firavan şəkildə yaşadığını deyib: “Azərbaycanın multikultural dəyərlərə verdiyi qiymət hər kəsə bəllidir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hətta ölkə xaricində belə fərqli dini inanclara mənsub müqəddəs məkanların, tarixi abidələrin qorunması istiqamətində gördüyü işlər dünya miqyasında yüksək qiymətləndirilir. Bu gün ölkəmizdə yerləşən fərqli dini inanc məkanlarının - məscidlərin, kilsələrin, sinaqoqların təmir edilməsi, onların yenidən qurulması istiqamətində uğurlu fəaliyyət nümayiş etdirilir. Ölkəmiz bir sıra beynəlxalq idman yarışlarına, mühüm tədbirlərə ev sahibliyi edir. Azərbaycana gələn qonaqlar da ölkəmizdəki tolerant mühiti yüksək qiymətləndirirlər”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28

