Qadınlar cəmiyyətdə və ailədə xüsusi rola malikdirlər
05.03.2016 [11:34]
Martın 4-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının Qadınlar Şurası 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Yeni Azərbaycan Partiyasında qadınların rolu” adlı bayram tədbiri keçirib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərini çatdırıb. Ş.Hacıyev bildirib ki, qadın ana və ilk tərbiyəçidir. Qadınlar həm cəmiyyətdə, həm də ailədə xüsusi rola malikdirlər. Bu gün cəmiyyəti qadınsız təsəvvür etmək mümkün deyil.
YAP Səbail rayon təşkilatının sədri qeyd edib ki, Ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev qadın əməyinə, onların hüquqlarının qorunmasına, istirahətlərinin təşkilinə diqqətlə yanaşır. Azərbaycan Prezidenti cəmiyyətdə aparıcı qüvvələrdən olan qadınlara qayğını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib.
“Hər il ənənəvi olaraq 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edən Prezident İlham Əliyev dəfələrlə vurğulayır ki, müstəqil Azərbaycanın qazandığı bütün uğurlarda onların xidmətləri əvəzsizdir. Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlayıb. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, mədəniyyətin, incəsənətin və elmin müxtəlif sahələrində ilk addımları atması da Azərbaycan qadınının mədəni səviyyəsinin və intellektual potensialının aydın təzahürüdür”, - deyə Şəmsəddin Hacıyev qeyd edib.
YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının sədri Təranə Kərimova, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova çıxışlarında iştirakçıları təbrik edərək bildiriblər ki, dünyada ilk dəfə səsvermə hüququ qazanan Azərbaycan qadınlarının sorağı indi ən yüksək beynəlxalq tribunalardan gəlir. Qeyd olunub ki, bu gün qazandıqları uğurlarla ölkəmizin inkişafında mühüm rol oynayan istedadlı vətənpərvər gənclərimizin yetişməsi məhz qadınların gərgin əməyinin, onların Vətənə, ailəyə, milli mənəvi dəyərlərimizə bağlılığının, sadiqliyinin nəticəsidir. Ölkəmizdə qadınlara yüksək diqqət və qayğı göstərilir, onlar cəmiyyət həyatında irəli çəkilirlər. Son illər Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın şəxsi təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələr də ana və uşaqlara qayğının artırılması, onların həyat tərzinin daha da yaxşılaşdırılması, istirahətlərinin səmərəli təşkili və sağlamlıqlarının qorunmasına yönəlib.
Daha sonra 49 nömrəli məktəb-liseyin şagirdi Məhəmməd Xəlillinin ifasında qadınlara həsr olunmuş şeir səsləndirilib.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəallıqları ilə seçilən bir qrup qadına diplomlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

