Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ahıllar Evində 214 şəxsə sosial xidmət göstərilir

Ahıllar Evində 214 şəxsə sosial xidmət göstərilir

07.09.2026 [19:50]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 214 ahıl şəxsə xidmət göstərilir. Onlardan 110-u kişi, 104-u qadındır.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, sakinlərlə sosial iş aparılır və onların reabilitasiyası həyata keçirilir. Ahıllar sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlərlə təmin edilirlər.

Müəssisədə təqdim olunan sosial xidmətlər yalnız gündəlik qayğı ilə məhdudlaşmır. Burada ahıl sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər, mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyalar, gəzintilər və s. təşkil olunur. Eləcə də onların müxtəlif idman yarışları, gimnastika məşğələləri və yaradıcılıq fəaliyyətlərində iştirakı təmin edilir.

Paylaş:
Baxılıb: 71 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30