Taksilərlə bağlı narazılıqlar bitmir
08.09.2026 [08:53]
Keyfiyyət, gedişdən imtina, yekun ödənişdə gözlənilməz hallar...
Problemlər niyə həllini tapmır?
Şəhər həyatının ayrılmaz hissəsinə çevrilən taksi xidməti sərnişinlər üçün ilk növbədə rahatlıq, əlçatanlıq və təhlükəsizlik deməkdir. Lakin son zamanlar taksidən istifadə edən vətəndaşların narazılıqları artır. Bu sahədə həllini gözləyən problemlər hələ də kifayət qədərdir.
Sərnişinlərin ən çox şikayət etdiyi məsələlərdən biri xidmət keyfiyyətidir. Bəzən sifariş qəbul edilir, lakin avtomobilin gəlməsi uzun müddət çəkir. Bəzi hallarda sürücü sifarişi qəbul etdikdən sonra müxtəlif səbəblərlə gedişdən imtina edir. Bu, sərnişin üçün xüsusilə işə, dərsə və ya vacib görüşə tələsdiyi zaman ciddi problem yaradır. Yağış yağanda isə vəziyyət daha da mürəkkəbləşir. Halbuki məhz belə hava şəraitində taksiyə ehtiyac artır.
Xatırladaq ki, 2024-cü ildə taksi fəaliyyətinin tənzimlənməsinə dair müəyyən qaydalar hazırlanmışdı. Həmin qaydalar içərisində sürücülər üçün də müvafiq tələblər var. Xüsusilə də, sürücülərin psixoloji və tibbi müayinələrdən keçməsi əsas amillərdən biri olaraq qeyd olunub. Eyni zamanda, vətəndaşlara daha keyfiyyətli xidmətin göstərilməsi əsas tələblərdən biri kimi vurğulanıb. Lakin bu tələblərə baxmayaraq, taksi sürücüləri və ümumilikdə taksi fəaliyyətinə dair narazılıqlar bitmək bilmir.
Eyni məsafəyə niyə fərqli məbləğ ödəyirik?
Nəqliyyat üzrə ekspert İlqar Hüseynli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, taksi fəaliyyətində sərnişinlərin narazılığına səbəb olan məqamlardan biri də qiymətlərlə bağlıdır: “Bəzən sərnişinlər bildirirlər ki, eyni məsafəyə görə ödənilən məbləğ günün saatından, yol vəziyyətindən və digər amillərdən asılı olaraq kəskin dəyişə bilir. Qiymətin əvvəlcədən aydın və başadüşülən şəkildə göstərilməsi vacib olsa da, bəzi sərnişinlər yekun ödənişlə bağlı gözlənilməz hallarla qarşılaşdıqlarını deyirlər.
Xidmət mədəniyyəti də ayrıca müzakirə mövzusudur. Sürücünün sərnişinlə ünsiyyəti, avtomobilin təmizliyi, salonun vəziyyəti və yol hərəkəti qaydalarına münasibəti taksi xidmətinin keyfiyyətini müəyyən edən əsas amillərdəndir. Təəssüf ki, bütün sürücülər bu standartlara eyni səviyyədə əməl etmir.
Sərnişinlərin narazılığı yalnız komfortla məhdudlaşmır. Təhlükəsizlik məsələsi daha ciddi yanaşma tələb edir. Sürücünün avtomobili idarə etmə tərzi, sürət həddinə münasibəti və yol hərəkəti qaydalarına riayət etməsi sərnişinin həyat və sağlamlığı ilə birbaşa bağlıdır. Taksi xidmətində əsas prinsip “sərnişini mümkün qədər tez ünvana çatdırmaq” yox, “sərnişini təhlükəsiz şəkildə ünvana çatdırmaq” olmalıdır”.
Sərnişin pul ödəyirsə, qarşılığını da almalıdır...
Ekspert qeyd edib ki, məsələnin başqa tərəfi sürücülərin öz problemləridir: “Taksi sektorunda çalışan insanların iş şəraiti, gəlirləri, komissiya və yanacaq xərcləri də xidmətin keyfiyyətinə təsir edən amillərdəndir. Yəni problemin yalnız sürücünü günahlandırmaqla həll olunacağını düşünmək düzgün olmaz. Keyfiyyətli xidmət üçün həm sərnişinin, həm sürücünün, həm də xidmət platformalarının maraqlarını nəzərə alan sistem lazımdır.
Əslində, taksi xidməti şəhərin nəqliyyat sisteminin mühüm hissəsidir. Bu səbəbdən vətəndaşın narazılığı sadəcə bir taksi səfərindən narazılıq kimi qiymətləndirilməməlidir. Sərnişin pul ödəyirsə, bunun qarşılığında təhlükəsiz, şəffaf və mədəni xidmət almaq hüququna malikdir”.
Şikayətlərimiz həqiqətən eşidilir?
İ.Hüseynlinin fikrincə, taksi xidmətinin inkişafı üçün şikayətlərin toplanması kifayət deyil. Həmin şikayətlər təhlil edilməli, təkrar olunan problemlərin səbəbləri araşdırılmalı və pozuntulara qarşı real nəzarət mexanizmləri işləməlidir: “Əks halda, tətbiqdə bir neçə düyməyə basmaqla taksi sifariş etmək mümkün olsa da, keyfiyyətli xidmət almaq hələ də bəzi sərnişinlər üçün təsadüfə çevriləcək. Sərnişin nə güzəşt, nə də xüsusi münasibət tələb edir. Onun istədiyi sadədir: sifariş etdiyi taksi vaxtında gəlsin, qiymət aydın olsun, sürücü qaydalara əməl etsin və xidmət mədəniyyəti qorunsun. Bunlar əlavə üstünlük deyil, normal taksi xidmətinin minimum tələbləridir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39

