Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP ölkəmizə bundan sonra da mühüm uğurlar qazandırmaq əzmindədir

YAP ölkəmizə bundan sonra da mühüm uğurlar qazandırmaq əzmindədir

07.09.2026 [20:57]

Sentyabr 7-də Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının XII konfransı keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, Yeni Azərbaycan Partiyası dövlətçilik ənənələrinin qorunmasında, ölkədə siyasi sabitliyin və ictimai həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynayır. O, hesabat dövründə YAP Sumqayıt şəhər təşkilatının gördüyü işlərdən və qarşıda duran vəzifələrdən bəhs edib.

Milli Məclisin deputatı Elnarə Akimova çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm rolundan, xalqın etimadını qazanan siyasi qüvvə kimi fəaliyyətinin əsas istiqamətlərindən bəhs edib. O, partiyanın sıralarında birləşən insanların dövlətçilik prinsiplərinə sadiqliyinin və ictimai fəallığının əhəmiyyətini vurğulayıb.

Milli Məclisin deputatı Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının qadınların və gənclərin ictimai-siyasi fəallığının artırılmasına mühüm töhfələr verdiyini qeyd edib. Millət vəkili YAP Sumqayıt şəhər təşkilatının bu istiqamətdə həyata keçirdiyi tədbirlərin əhəmiyyətini vurğulayıb.

Milli Məclisin deputatı Mehriban Vəliyeva çıxışında Azərbaycanın son illərdə qazandığı tarixi nailiyyətlərdən, ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasından danışıb. Millət vəkili vurğulayıb ki, partiyanın hər bir üzvü öz fəaliyyəti ilə ölkənin inkişafına, dövlətçilik ideyalarının təbliğinə və ictimai həmrəyliyin gücləndirilməsinə töhfə verməlidir.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Orxan Bayramov YAP Sumqayıt şəhər təşkilatının bundan sonra da Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyalarının, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin təbliği, partiya sıralarının daha da genişləndirilməsi və ictimai-siyasi fəallığın artırılması istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirməsinin önəmini diqqətə çatdırıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında aparıcı rolundan, milli maraqların qorunması istiqamətində həyata keçirdiyi fəaliyyətdən və qarşıda duran vəzifələrdən bəhs edib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi Zəfərin nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin əsasını təşkil edir. Onun sözlərinə görə, yeni dövrdə Azərbaycanın qarşısında mühüm strateji hədəflər dayanır.

Konfransda YAP Sumqayıt şəhər təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyası himninin səsləndirilib.

Paylaş:
Baxılıb: 63 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30