/ / 84 saylı Füzuli Seçki Dairəsindən YAP-ın namizədi Bahar Muradova seçicilərlə növbəti görüşlərini keçirib
84 saylı Füzuli Seçki Dairəsindən YAP-ın namizədi Bahar Muradova seçicilərlə növbəti görüşlərini keçirib
14.10.2015 [10:54]
Oktyabrın 11-də 84 saylı Füzuli Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP-ın İdarə Heyətinin üzvü Bahar Muradova rayon ərazisindəki 9 saylı Qayıdış qəsəbəsində seçicilərlə görüşüb. Yaxınlıqdakı 6 qəsəbənin əhalisini təmsil edən 400-dən çox seçicinin iştirak etdiyi tədbiri YAP-ın Füzuli rayon təşkilatının sədri Almaz Həşimova giriş sözü ilə açaraq namizədin həyat və fəaliyyəti barədə geniş məlumat verib.
Sonra namizədin vəkilləri çıxış edərək parlament seçkilərinin Azərbaycanın siyasi həyatında və demokratiyanın inkişafında vacib rol oynadığını ifadə edib, seçiciləri bu prosesdə fəal iştirak etməyə və bu seçkilərdə məhz YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Görüşdə çıxış edən müəllim Mirmehdi İbişov, təqaüdçü Əmir Həsənov, qəsəbə ağsaqqalı Məhəmməd Abbasov, şəhid anası Mahirə Qənbərova və müəllim Vüqar Hacıyev ölkə rəhbərliyinin cəbhə bölgəsində məskunlaşmış məcburi köçkünlərə göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirib və buna görə minnətdarlıqlarını ölkə başçısına çatdırmağı deputatlığa namizəddən xahiş ediblər. Bahar Muradovanın millət vəkili kimi fəaliyyətindən razılıqlarını ifadə edən çıxışçılar bu dəfə də öz səslərini YAP-ın namizədinə verəcəklərini bildiriblər.
Seçicilər qarşısında çıxış edən Bahar Muradova parlament seçkilərində YAP-ın namizədi olduğundan və Milli Məclisdə məhz bu bölgəni təmsil etməsindən qürur duyduğunu bildirib. O, deyib ki, yalnız Heydər Əliyev dühasından doğan ideologiya Azərbaycanın xoşbəxtliyinin təminatı ola bilər və bu siyasətin alternativi mövcud deyil. Azərbaycan dinamik inkişaf yolundadır, onun demokratik, güclü sütunları mövcuddur. Ona görə də bizi yeni, daha yüksək hədəflərə çatdıracağına heç bir şübhə yoxdur.
* * *
Elə həmin gün 4 saylı Qayıdış qəsəbəsində Bahar Muradovanın daha bir görüşü olub. Toplantıya qatılan seçicilər YAP-ın deputatlığa namizədini coşqu ilə qarşılayıblar.
Görüşdə çıxış edən vəkillər 84 saylı Füzuli Seçki Dairəsindən deputatlığa namizəd haqqında danışaraq onun siyasi fəaliyyətini təqdir etdiklərini bildirib, Bahar Muradovanın həm qanunvericilik, həm də digər siyasi sahələrdə fəal mövqe nümayiş etdirdiyini söyləyib, seçiciləri növbəti 5 il müddətinə yenidən onun namizədliyini dəstəkləməyə çağırıblar.
Səmimi mühitdə keçən görüşdə sakinlər öz ürək sözlərini söyləyib, sosial problemlərin həlli və həmçinin rayon əhalisinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Tədbir iştirakçılarından Fazil Babayev, Burcalı Allahyarov, Qiyas Quliyev, Sevil Səfərova və Təbərrik Əsgərxanova öz çıxışlarında Bahar Muradovanın millət vəkili kimi onların etimadlarını hər səviyyədə layiqincə doğrultduğunu bildirib və buna görə də həmyerlilərini bu siyasi kampaniyada da ona səs verməyə dəvət ediblər.
Deputatlığa namizəd Bahar Muradova öz çıxışında Azərbaycan dövlətinin və dövlətçiliyinin keşiyində duran hər kəsə fəal vətəndaşlıq mövqeyinə görə təşəkkür edərək, bundan sonra da Heydər Əliyev ideologiyasına, Onun yorulmaz davamçısı Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasətə, YAP-ın prinsiplərinə sadiq qalaraq Azərbaycan dövlətinin və xalqının maraqlarını hər zaman hər şeydən üstün tutacağını bəyan edib.
Tədbirdən sonra Bahar Muradova seçiciləri qəbul edib və onların təkliflərini dinləyib.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50

