/ / Dövlət qurumlarına xidmət göstərən şirkətlərin sistemlərindən istifadə edilməklə 3 kibermüdaxilə halı aşkarlanıb - AÇIQLAMA
Dövlət qurumlarına xidmət göstərən şirkətlərin sistemlərindən istifadə edilməklə 3 kibermüdaxilə halı aşkarlanıb - AÇIQLAMA
04.09.2026 [12:50]
Dövlət qurumlarının kibertəhlükəsizliyinin təmin edilməsində yalnız daxili informasiya sistemlərinin deyil, onlara xidmət göstərən üçüncü tərəf şirkətlərin də təhlükəsizlik səviyyəsinin nəzərə alınması vacibdir. Belə şirkətlərin informasiya sistemlərindəki zəifliklər dövlət qurumlarına qarşı kiberhücumlar üçün potensial giriş nöqtəsi yarada bilər.
Bunu AZƏRTAC-a açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov deyib.
T.Məmmədov bildirib ki, bu il iyulun 20-da ABŞ-də imzalanmış 14415 nömrəli Prezidentin İcra Sərəncamı kritik müdafiə təchizat zəncirlərinin daha ətraflı xəritələşdirilməsi, təchizatçı və subpodratçı risklərinin qiymətləndirilməsi, eləcə də kritik texnoloji asılılıqların müəyyənləşdirilməsi istiqamətində yeni tələblər formalaşdırır.
Onun sözlərinə görə, kibertəhdidlər hər zaman birbaşa dövlət qurumlarının informasiya sistemlərindən qaynaqlanmır. Üçüncü tərəf şirkətlər və xidmət təminatçıları da bu prosesdə risk mənbəyinə çevrilə bilər.
“Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan monitorinq və təhlillər zamanı dövlət qurumlarına xidmət göstərən şirkətlərin informasiya infrastrukturlarından istifadə edilməklə ən azı 3 ayrı kibermüdaxilə halı aşkarlanıb. Bu hallar dövlət qurumlarına xidmət göstərən üçüncü tərəf təşkilatların kibertəhlükəsizlik məsələlərinə ciddi yanaşmasının, eləcə də onların yaratdığı risklərin ayrıca qiymətləndirilməsinin vacibliyini göstərir”, – deyə T.Məmmədov qeyd edib.
O diqqətə çatdırıb ki, dövlət qurumları ilə xidmət təminatçıları arasında bağlanan müqavilələrdə minimum kibertəhlükəsizlik tələbləri, insidentlər barədə məlumatvermə öhdəlikləri, audit və nəzarət mexanizmləri, eləcə də təhlükəsizlik tələblərinin pozulmasına görə məsuliyyət aydın şəkildə müəyyənləşdirilməlidir.
“Üçüncü tərəfin zəifliyi artıq yalnız həmin şirkətin riski deyil. Belə zəiflik dövlət informasiya infrastrukturuna keçid nöqtəsinə çevrilə bilər. Təcrübə göstərir ki, bu risk nəzəri xarakter daşımır və real insidentlərdə özünü göstərir”, – deyə baş idarə rəisinin müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39

