Avropa Parlamenti ciddiliyini tamamilə itirir
17.09.2015 [10:07]
Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə Azərbaycan gəncliyini narahat edir. Qətnamənin sifarişlə yazıldığı və qəbul edildiyi hər birimizə məlumdur. Avropa Parlamentinin öz maraqlarını üstün tutaraq, çirkin layihələr həyata keçirtməklə ciddiliyini tamamilə itirir. Bizim ölkəmizə olan “marağı” hər dəfə beynəlxalq və ya ölkədaxili siyasi hadisələr ərəfəsində pik həddinə çatır. Bu, “Eurovision-2012” və ilk Avropa Oyunları ərəfəsində olub, indi də parlament seçkiləri ərəfəsində baş verir. Maraqlısı odur ki, Azərbaycanla bağlı bütün qətnamələr eyni qrup tərəfindən hazırlanır. Ulrike Lunaçek, Mariya Şaake, Kati Piri, Anna Qomeş kimi deputatlar hər dəfə bu qətnamələrin “müzakirə”sində iştirak edirlər. Bu deputatlar Avropa Parlamentinin divarları daxilində anti-Azərbaycan strategiyasının bələdçiləri və icraçılarıdırlar.
Son illərin təcrübəsi göstərir ki, Qafqazda yeganə müstəqil müsəlman respublikası olan Azərbaycanın sürətli inkişafı Qərbin müəyyən dairələrinin ürəyincə deyil. Xüsusilə, respublikamızın iqtisadi, hərbi, siyasi cəhətdən regionun lider dövlətinə çevrilməsi Avropanın sinirlərinə toxunur. Onları, necə deyərlər, hövsələdən çıxarır. Bədxahlarımız qəbul edə bilmirlər ki, bəs necə olur Azərbaycan kimi ərazicə kiçik bir respublika Avropanın enerji mənbəyi olan ölkələr sırasında nüfuzlu yerlərdən birini tutur. Regionda, hələ üstəlik qitədə söz sahibidir, müstəqil siyasət yeridir, öz aralarında nüfuz davası aparan böyük dövlətlərin bir-birinə qarşı tətbiq etdikləri sanksiyalara qoşulmur. Şimali Qafqazı barıt çəlləyinə, Ərəbistanı vətəndaş müharibəsinə, Türkiyəni terror məkanına çevirə bildilər. Amma Azərbaycana bunu edə bilmədilər. Çünki Azərbaycanın cənab İlham Əliyev kimi qüdrətli ölkə başçısı var.
İndiki Ermənistanda, Qarabağda azərbaycanlılar dədə-baba torpaqlarından işgəncə ilə qovuldular, öldürüldülər. Xocalıda kütləvi soyqırıma məruz qaldılar. 1 milyon soydaşımız didərgin salındı. Avropa Parlamenti, indi dil-boğaza qoymayan “hüquq müdafiəçiləri” ağızlarına su alıb susdular. Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, indiki dövlət başçısı Serj Sarkisyan Avropanın yüksək kürsülərindən Qarabağda azərbaycanlıların qətliamının təşkilatçıları olduqlarını, əllərinin azərbaycanlıların qanına batdığını fəxrlə elan etdilər. Bu etirafın özü elə bir məhkəmə işinin açılmasına bəs edərdi. Nə oldu? Nəinki məhkəmə açılmadı, heç millətimizin qatillərinə “gözün üstə qaşın var” deyən də olmadı. Belə çıxır ki, 1 milyon qaçqın və məcburi köçkünümüzün hüquqları bir Xədicə İsmayılın hüququna dəyməzmiş! Belə çıxır ki, Ermənistan rəhbərləri azərbaycanlıların başını kəsə, qarnını yara, dərisini soya bilər. Amma Azərbaycan məhkəməsi cinayətkar vətəndaş haqqında cəza qərarı verə bilməz. Çox qəribə və iyrənc paradoks, münasibətdir.
Prezident İlham Əliyev belə münasibətin səbəblərini çox dəqiq izah edir: “Bu gün Azərbaycan dünya miqyasında müasir, dünyəvi inkişafda olan, açıq, tolerant bir dövlətdir. Biz kimə mane oluruq? Ancaq o dairələrə ki, hər yerə hakim olmaq, hər yerdə “marionetka” görmək istəyirlər. Ləyaqətli, öz xalqına güvənən, xalq tərəfindən dəstəklənən siyasətçiləri artıq görmək istəmirlər. “Marionetka” düzəltmək istəyənlər, Azərbaycana qarşı münasibətdə ünvanı səhv salıblar. Azərbaycanda hər şey xalqın iradəsi ilə həll olunur, xarici dairələrin təhriki ilə yox. Azərbaycan xalqı bütün bu çirkin niyyətlərə yox dedi”.
Elmar Məmmədov
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin
Ofisinin koordinatoru
Xəbər lenti
Hamısına baxAnalitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54

