YAP Bərdə rayon təşkilatının Seçki Qərargahında seçkilərə ciddi hazırlıq gedir
27.08.2015 [10:01]
Fəqət Şadlinskaya: Seçki Qərargahı partiyanın İcra Katibliyinin tövsiyə və tapşırıqlarına uyğun şəkildə öz işini davam etdirir
Ölkəmizdə keçiriləcək növbəti parlament seçkilərinə Yeni Azərbaycan Partiyası (YAP) yüksək hazırlıq şəraitində gedir. Seçki kampaniyasına partiyanın bütün strukturları səfərbər olunub. YAP-ın Bərdə rayon təşkilatı da bu prosesə mütəşəkkil qaydada qoşulub. Artıq təşkilatda 21 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb və onun fəaliyyət planı hazırlanıb, üzvlər arasında iş bölgüsü aparılıb. Qərargahın rəhbəri, YAP-ın Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, rayon təşkilatında partiya üzvlərinin sayı 10 min 720 nəfərdir. Onlardan 4325 nəfəri qadın, 3123 nəfəri gəncdir.
Onun sözlərinə görə, təşkilatın Seçki Qərargahında partiyanın fəalları təmsil olunurlar. Hazırda YAP Bərdə rayon təşkilatının Seçki Qərargahında Milli Məclisə növbəti seçkilərə çox ciddi hazırlıq işləri gedir. “Rayonda parlament seçkilərinin uğurlu keçirilməsi əsas məsələ kimi qarşıda durur. Seçkilər Bərdə rayonunda 2 Seçki Dairəsi üzrə 104 məntəqədə keçiriləcək. YAP-ın namizədləri üçün hər dairədə 10 nəfər olmaqla 20 nəfərdən ibarət imza toplayacaq şəxslər müəyyənləşdirilib. Hazırda hər bir dairə və hər bir məntəqə üçün müşahidəçi və məşvərətçi səs hüquqluların müəyyənləşdirilməsi prosesi gedir. Bərdə rayonu üzrə 87 min 591 nəfər seçici - 93 saylı Bərdə şəhər Seçki Dairəsindən 42 min 861 nəfər, 94 saylı Bərdə kənd Seçki Dairəsindən 44 min 730 nəfər seçici var”, - deyən F.Şadlinskaya qeyd edib ki, seçici siyahılarının dəqiqləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Eyni zamanda, seçici fəallığının artırılması üçün də işlər mütəmadi olaraq aparılır.
“YAP ölkəmizin ən güclü, nüfuzlu partiyasıdır. Çünki partiyamız Ümummilli liderimiz Heydər Əliyevin ideyalarına əsaslanaraq fəaliyyət göstərir. Bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsini yaşayır. Bütün bu amillər, YAP-ın həyata keçirdiyi siyasət xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir. Ona görə də YAP ümumxalq partiyası kimi səciyyələndirilir. Bu mənada hesab edirəm ki, bizim bu parlament seçkilərindəki namizədlərimiz də əhali tərəfindən etimadla qarşılanacaq”, - deyə təşkilat sədri vurğulayıb. F.Şadlinskaya onu da bildirib ki, təşkilatın Seçki Qərargahı partiyanın İcra Katibliyinin tövsiyə və tapşırıqlarına uyğun şəkildə öz işini davam etdirir. Bütün məsələlər seçki qanunvericiliyinə müvafiq olaraq yerinə yetirilir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

