/ / YAP-ın nümayəndə heyəti Çernoqoriya Sosialistlərinin Demokratik Partiyasının VII qurultayında iştirak edib
YAP-ın nümayəndə heyəti Çernoqoriya Sosialistlərinin Demokratik Partiyasının VII qurultayında iştirak edib
23.06.2015 [09:38]
Aydın Mirzəzadə: Səfər zamanı Monteneqro cəmiyyətinin Azərbaycana böyük marağını hiss etdik
Xəbər verildiyi kimi Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Çernoqoriya Sosialistlərinin Demokratik Partiyasının (ÇSDP) VII qurultayında iştirak edib. YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə və Milli Məclisin deputatı İlham Məmmədov bu məqsədlə 19-21 iyun 2015-ci il tarixlərində Monteneqronun paytaxtı Podqoritsya şəhərində səfərdə olublar.
Səfərlə bağlı məlumat verən Aydın Mirzəzadə bildirib ki, iyunun 19-da keçirilən ÇSDP-nin VII qurultayında YAP-ın nümayəndə heyətinin rəhbəri kimi çıxış edib: “Çıxışımda ÇSDP-yə YAP-ın rəhbərliyi adından təbriklərimi çatdırdım və hər iki ölkə liderləri, partiyaları və cəmiyyətləri arasında artıq möhkəm dostluq əlaqələrinin olduğunu bildirdim. Hər iki ölkənin ümumi maraqlar üzərində əməkdaşlığının müsbət təcrübə olduğunu qeyd etdim. Azərbaycanda birinci Avropa Oyunlarının keçirildiyini, iştirak edən 50 ölkədən 37-nin artıq medallara sahib olduğunu söylədim. Monteneqro nümayəndəsi Marka Rakoviçin Oyunlarda bürünc medal qazanması münasibəti ilə onları təbrik etdim. Qurultayın fəaliyyətinə uğurlar arzu edərək, Azərbaycan-Monteneqro dostluğunun yaxşı perspektivinə inandığımızı qeyd etdim. Onu da qeyd edim ki, çıxışımı əvvəldən çernoqor dilində tərcümə etdirmişdim. Yerli dildə çıxış etməyim qurultay nümayəndələrinə xoş təsir etdi. Bu, onların mədəniyyətinə, dilinə hörmət kimi qiymətləndirildi. Partiya sədri isə fasilədə mənə yaxınlaşaraq təşəkkürünü bildirdi”.
Səfər çərçivəsində YAP-ın nümayəndə heyəti bir sıra görüşlər də keçirib. Belə ki, iyunun 19-da ÇSDP-nin VII qurultayı çərçivəsində YAP-ın nümayəndə heyətinin üzvləri Monteneqronun Prezidenti Filip Vuyuviç ilə görüşüblər. Prezident Filip Vuyuviç bu yaxınlarda birinci Avropa Oyunlarının açılışında iştirak etdiyini və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü, həmçinin, Bakıdan böyük təəssüratla qayıtdığını bildirib. İlk Avropa Oyunlarının Azərbaycanın əzəmətinin göstəricisi olduğunu vurğulayan dövlət başçısı qeyd edib ki, Monteneqro ölkəmizlə münasibətlərə xüsusi əhəmiyyət verir. “Biz isə Monteneqronun timsalında dost ölkə gördüyümüzü, ölkədə olduğumuz müddətdə xoş münasibətlə üzləşdiyimizi vurğuladıq”, - deyə A.Mirzəzadə qeyd edib.
Həmin gün YAP-ın nümayəndə heyətinin, həmçinin, Monteneqro Respublikası Skupşinasının (parlamentinin) vitse-spikeri, Boşnyak Partiyasının sədr müavini, Monteneqro-Azərbaycan dostluq qrupunun rəhbəri Sulfo Mustafiçlə və Monteneqro Respublikasının Baş naziri, Çernoqoriya Sosialistlərinin Demokratik Partiyasının sədri Mili Cukanoviçlə də görüşü olub. Görüşlərdə, Azərbaycan-Monteneqro əlaqələri, eləcə də, siyasi partiyalar arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
YAP nümayəndə heyətinin üzvləri sözügedən qurultay çərçivəsində Sosialist İnternasionalının Baş katibi Lusi Ayala (Çili) ilə də görüşüblər.
A.Mirzəzadə hesab edir ki, bütövlükdə bu səfər uğurlu olub: “Partiyalarımız arasında çox sıx əlaqələr var. Bu da dövlətlərimizin çox yaxşı münasibətlərindən irəli gələn məsələdir. Təsadüfi deyil ki, ÇSDP-nin Sədri, Baş nazir Mili Cukanoviç YAP-a göndərdiyi dəvət məktubunda partiyamızın nümayəndələrinin iştirakını çox arzuladıqlarını bildirmişdi”.
Qurultayda MDB məkanından yalnız YAP nümayəndə heyətinin qonaq qismində iştirak etdiyini deyən A.Mirzəzadənin sözlərinə görə, bu, ölkəmizə olan yüksək münasibətin göstəricisidir.
A.Mirzəzadə onu da deyib ki, Azərbaycanın Serbiyadakı səfirliyinin Monteneqroda konsulluğu fəaliyyət göstərir və konsulluq iki ölkə arasında əlaqələrin genişlənməsi üçün səmərəli çalışır: “Paytaxt Podqoritsya şəhərinin mərkəzində I Nikolayın adına olan park Azərbaycan dövlətinin vəsaiti hesabına abadlaşdırılıb, əsaslı təmir olunub. Parkın girəcəyində Azərbaycan və Monteneqronun gerbləri var. Eyni zamanda, parkın içərisində Azərbaycanın böyük şairi Hüseyn Cavidin büstü qoyulub. Park paytaxt sakinlərinin sevimli istirahət yerlərinə çevrilib. Bundan başqa Podqoritsya şəhərində Bakı küçəsi var, həmin küçə abadlaşdırılır. Gələcəkdə şəhərin ən gözəl küçələrindən birinə çevriləcək. Qeyd edim ki, Monteneqro turizm ölkəsi kimi də vətəndaşlarımızın marağına səbəb olur. Təkcə keçən il Azərbaycandan 4 minə qədər turist bu ölkəyə istirahətə gedib. Eyni zamanda, təhsil sahəsində də yaxşı əlaqələr qurulur. Azərbaycanın ADA universitetində Monteneqrodan 3 tələbə oxuyur. Bizim konsulluğumuz isə orada 30 yaşına qədər gənclər arasında Azərbaycan haqqında yazı müsabiqəsi elan edib. 10 ən yaxşı inşa müəllifinin Azərbaycana bir həftəlik səfəri təşkil olunacaq. “Mən Azərbaycanı necə tanıyıram devizi altında” keçirilən müsabiqədə paytaxtla yanaşı, ucqar bölgələrdən də iştirak edənlər var”.
Bütövlükdə bu səfəri hər iki partiya arasında yüksək əlaqələrin göstəricisi kimi dəyərləndirən A.Mirzəzadə qeyd edib ki, səfər zamanı Monteneqro cəmiyyətinin Azərbaycana böyük marağını hiss etdik.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41

