Nizami rayonunun məktəbliləri arasında voleybol yarışı keçirilib
15.04.2015 [10:50]
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının, rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə rayon məktəbliləri arasında voleybol yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışın açılış mərasimində çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində mühüm yer tutduğunu və müasir müstəqil dövlətimizin hərtərəfli inkişafının əsasını qoyduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycanın müasir tarixinin - 1960-cı illərin sonlarından XXI əsrin əvvəlinədək olan dövrü Ümummilli liderin adı ilə bağlıdır. Bu illər ərzində Ulu öndər xalqı ilə birgə tarixin ağır sınaqlarını keçərək, müstəqil Azərbaycan dövlətini yaradaraq onun parlaq gələcəyinin əsasını qoyub.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən S.Vəliyeva bildirib ki, ölkə başçısının idman sahəsində həyata keçirdiyi uğurlu siyasət öz müsbət nəticələrini verir. Qeyd edilib ki, bu gün dövlət tərəfindən idmançılara hərtərəfli şərait yaradılıb və onlar da beynəlxalq yarışlarda ardıcıl qələbələr qazanır, ölkəmizin nüfuzunu daha da artırırlar.
Çıxışlardan sonra yarışa start verilib. 21 məktəbin komandasının iştirak etdiyi yarış olimpiya sistemi üzrə keçirilib. İki gün davam edən yarışda yüksək əzmkarlıq və peşəkarlıq nümayiş etdirən 32 nömrəli məktəb birinci, 220 nömrəli məktəb ikinci və 145 nömrəli məktəb isə üçüncü yerin qalibi olub.
Yarışın qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov və başqaları Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən danışıblar.
Sonda yarışın qalibləri medal və diplomlarla mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

