Gəncliyin inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindəndir
11.03.2015 [09:36]
YAP Beyləqan rayon təşkilatı Gənclər Birliyinin hesabat-seçki konfransı keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon təşkilatı Gənclər Birliyinin hesabat-seçki konfransı keçirilib. Beyləqan rayon Gənclər Mərkəzində keçirilən konfransda Milli Məclisin üzvü Ayaz Orucov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Rəfail Pəsiyev ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan söz açaraq bildirib ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd edilib ki, gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması mühüm əhəmiyyət kəsb edir.
Milli Məclisin üzvü Ayaz Orucov isə diqqətə çatdırıb ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır.
Tədbirdə hesabat məruzəsi ilə çıxış edən YAP Beyləqan rayon təşkilatının Gənclər Birliyinin sədri Müşviq Məhərrəmov ölkəmizdə gənc nəslin sağlam, intellektual inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini deyib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri də hər zaman ölkə başçısının diqqət və qayğısını hiss edirlər. Bildirilib ki, Beyləqan gəncləri YAP Gənclər Birliyinin həyata keçirdiyi layihələrdə uğurla iştirak edir.
Daha sonra hesabat məruzəsi ətrafında Beyləqan rayon Heydər Əliyev mərkəzinin direktoru Yeganə Məmmədova, Zaur Qədirov, Əfsanə Məmmədova, Eyruz Pəsiyev və Türkan Məmmədzadə çıxış ediblər. Bildirilib ki, Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan, sıralarını günbəgün genişləndirən, bütövlükdə regionun aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasında sağlam düşüncəli, vətənpərvər, yüksək intellektual potensiala və biliyə sahib gənclər birləşib.
Tədbirdə təşkilati məsələlərə baxılıb. Amil Məmmədov YAP Beyləqan rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Vüsal Hüseynov, Türkan Məmmədzadə, Əfsanə Məmmədova və Ceyhun Quliyev isə sədr müavinləri seçiliblər.
Bundan başqa, konfransda partiya rayon təşkilatı Gənclər Birliyinin 23 nəfərlik Şura üzvləri seçilib, 9 nəfərdən ibarət İdarə Heyəti müəyyən olunub. Tədbirdə YAP Gənclər Birliyinin konfransında iştirak etmək üçün 2 nəfər gənc müəyyənləşdirilib.
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25

