Azərbaycan gəncliyinin inkişafı dövlətin diqqət mərkəzindədir
25.02.2015 [00:58]
YAP Xızı rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib. Tədbirdən əvvəl konfrans iştirakçıları Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Konfransda Xızı rayon İcra hakimiyyətinin başçısı Xəzər Aslanov, YAP Xızı rayon təşkilatın sədri Fərrux Haqverdiyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu iştirak ediblər.
Konfransı giriş sözü ilə açan YAP Xızı rayon təşkilatı Gənclər Birliyinin sədri Jalə Hüseynova dövlət gənclər siyasəti sahəsində görülən işlər barədə məlumat verərək qeyd edib ki, ölkəmizdə gənclərə göstərilən hərtərəfli qayğı onların ictimai-siyasi fəallığının artmasına mühüm töhfələr verir: “Yeni Azərbaycan Partiyasının sıralarında birləşən gənclər öz ictimai-siyasi fəallıqları ilə seçilirlər. Bu gün YAP Xızı rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin sayı 911 nəfərdir. Üzvlərimizin böyük əksəriyyətini gənclərin təşkil etməsi Azərbaycan gəncliyinin partiyamıza olan rəğbətindən, Ümummilli lider Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyevin siyasətinə inamdan irəli gəlir”.
Daha sonra çıxış edənlər - Məsmə Nuriyeva, Namiq Cəfərov, Mövlam Rüstəmov, Könül Feyziyeva ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən, gənclərə göstərilən yüksək diqqət və qayğıdan bəhs ediblər.
Konfransda çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, YAP, o cümlədən, partiyanın Gənclər Birliyi gənclərin fəallığına, onların potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirir: “Bildiyimiz kimi, gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Hər bir ölkənin gələcəyi gənc nəslin təhsil, fiziki və mənəvi sağlamlıq səviyyəsindən xeyli dərəcədə asılıdır. Heç şübhəsiz, Azərbaycan gəncliyinin parlaq gələcəyinin təmin edilməsi, gənclərimizin istedadının, potensial imkanlarının aşkara çıxarılması və genişləndirilməsi, onların şəxsiyyət kimi formalaşmasına lazım olan hər bir şəraitin yaradılması dövlət əhəmiyyəti daşıyan strateji bir məsələdir. Bu baxımdan, Prezident İlham Əliyevin rəhbəliyi ilə gənclərin potensialının gerçəkləşməsi, onların vətənpərvər, savadlı kadr kimi yetişməsi istiqamətində görülən tədbirlər dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi surətdə təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb”.
Azərbaycan gəncliyinin inkişafının dövlətin diqqət mərkəzində olduğunu deyən baş redaktor əlavə edib ki, gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması bu kontekstdə müstəsna əhəmiyyət kəsb edir. Məqsəd gənclərin hərtərəfli inkişafını və onların cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir.
Öz növbəsində, ölkəmizdə gənclərə yüksək diqqət və qayğının göstərildiyini qeyd edən Xızı rayon İcra Hakimiyyətinn başçısı Xəzər Aslanov diqqətə çatdırıb ki, Azərbaycanda dövlət gənclər siyasəti Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Respublikamızda intellektual potensialın yaradılması Ulu öndərin uzaqgörən siyasətinin nəticəsidir. YAP sıralarında birləşən gənclər yüksək intellektual potensiala malikdirlər”.
YAP-ın gəncliyin inkişafına hər zaman dəstək verdiyini deyən X.Aslanov əlavə edib ki, gənclərin ictimai-siyasi fəallığının artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, onlar arasında sıx əlaqələrin qurulmasına xidmət edən layihələr davamlılığı ilə diqqəti cəlb edir.
Sonda təşkilati məsələlərə baxılıb, rayon təşkilatının Gənclər Birliyinin 15 nəfərlik şurası, 7 nəfərlik idarə heyəti müəyyənləşib. Namiq Cəfərov YAP Xızı rayon təşkilatının Gənclər Birliyinin sədri, Elmir Haqverdiyev və Yaxşıxanım İsmayılova sədr müavinləri seçiliblər.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20

