YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib
19.02.2015 [12:39]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib. Konfransı giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Fikrət İsmayılov partiyanın keçdiyi inkişaf yolundan danışaraq bildirib ki, YAP-ın yaranması Azərbaycanın ən çətin siyasi dönəminə təsadüf edib. O, partiyanın yaradılmasının Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyətə malik hadisə olduğunu qeyd edib. F.İsmayılov deyib ki, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası bu gün ölkənin ən güclü siyasi qüvvəsidir.
F.İsmayılov dövlət gənclər siyasəti sahəsində fikirlərini bildirərək deyib ki, gəncliyin inkişafı üçün bütün imkanlar yaradılıb. O qeyd edib ki, ölkəmizdə gənclərə göstərilən hərtərəfli qayğı onların siyasi mövqelərinin düzgün formalaşmasında mühüm rol oynayır. Gənclərin hər zaman diqqət mərkəzində saxlanıldığını deyən rayon təşkilatının sədri qeyd edib ki, ölkənin, xalqın inkişafı və gələcəyi gənclər ilə əlaqədardır.
Daha sonra YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, 1992-ci ildə bir qrup vətənpərvər şəxs həyatı üçün yarana biləcək təhlükədən qorxmayaraq Naxçıvanda Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasını yaratdılar: “YAP o vaxtkı mövcud vəziyyətdə Azərbaycan xalqının mənafelərinə xidmət etmək və ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranan partiyadır. Partiyamız qısa zaman ərzində xalqın etimadını qazanaraq böyük siyasi qüvvəyə çevrilib. Bu gün YAP Azərbaycanın siyasi təşkilatları içərisində öz kəmiyyət və keyfiyyətinə görə bərabəri olmayan partiyadır”.
B.Nəbiyev bildirib ki, hesabat dövründə təşkilatda gənclərin sayı 10002-dən 12074 nəfərə qədər artıb. Yəni, III konfransdan keçən müddət ərzində təşkilatın sıralarına qoşulan gənclərin sayı 2072 nəfərdir. O, hesabat dövründə YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin gördüyü işlər haqqında geniş məlumat verib.
Konfransda çıxış edən YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov ölkəmizdə uğurlu gənclər siyasətinin həyata keçirildiyini bildirib. YAP-ın gəncliyin inkişafına hər zaman dəstək verdiyini deyən S.Orucov Azərbaycan gənclərinin Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini vurğulayıb.
Tədbirdə YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Elməddin Əmirov, fəal gənclərdən Yavər Məmmədova, Mədinə Əliyeva və Nərgiz Bəşirova çıxış ediblər.
Konfransda YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış edərək vurğulayıb ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, respublikamızda intellektual potensialın yaradılması Ulu öndərin uzaqgörən siyasətinin nəticəsidir. A.Məhərrəmov YAP sıralarında birləşən gənclərin yüksək intellektə sahib olduğunu vurğulayıb. O, çıxışında gənclərə yüksək təhsil, bilik əldə etməklə daim dövlətin inkişafına töhfələr verməyi tövsiyə edib.
Sonda təşkilati məsələlərə baxılıb və Bəxtiyar Nəbiyev yenidən YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Eyni zamanda, rayon təşkilatının Gənclər Birliyinin 55 nəfərlik şurası, 25 nəfərlik idarə heyəti müəyyənləşib. Həmçinin, YAP Gənclər Birliyinin qarşıdan gələn konfransına nümayəndələr seçilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

