Abşeron rayonunda bələdiyyə seçkilərinə ciddi hazırlıq görülür
01.11.2014 [13:00]
Bilman Vəliyev: Bu dəfə də YAP Abşeron rayon təşkilatı gənclərin fəallığından faydalanmaq, onları seçki prosesinə cəlb etmək üçün əməli addımlar atır
Bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları tərəfindən uğurla davam etdirilir. Belə ki, YAP bu seçkilərdə də tam gücü ilə iştirak etməyi qarşıya məqsəd qoyub. Bələdiyyə seçkiləri ilə bağlı keçirilən ümumrespublika müşavirəsində partiyanın İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlar tam məsuliyyətlə yerinə yetirilməkdədir. Eyni zamanda, yerlərdə partiyanın rayon təşkilatları tərəfindən seçkilərlə bağlı intensiv işlər aparılır. Bunu Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatının seçkilərə hazırlıqla bağlı həyata keçirdiyi işlərdən də görmək mümkündür. Rayon təşkilatında seçkilərə hazırlıqla bağlı Seçki Qərargahı, o cümlədən, təbliğat-təşviqat qrupu yaradılıb və hazırda onlar işlərini yüksək keyfiyyətlə həyata keçirməkdədir.
Qəzetimizə açıqlama verən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev qeyd edib ki, hazırda bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar İcra Katibliyi tərəfindən önə sürülmüş tövsiyə və tapşırıqların birinci mərhələsi başa çatdırılıb: “Biz qarşımıza məqsəd qoymuşuq ki, YAP 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərində ən azı ötən bələdiyyə seçkilərindəki nəticələri təkrarlamalı, daha uğurlu nəticə ortaya qoymağa çalışmalıdır”.
Qeyd etmək yerinə düşər ki, Abşeron rayonu üzrə 2 seçki dairəsi mövcuddur. 45 saylı Abşeron Seçki Dairəsi üzrə 36 məntəqədə 47240 seçici, 50 saylı Abşeron-Qobustan Seçki Dairəsi üzrə 21 məntəqədə 24437 seçici qeydiyyatdadır.
Artıq Abşeron rayonunda yerləşən bələdiyyələr üzrə YAP-ın namizədləri də müəyyənləşib. Belə ki, YAP Abşeron rayon təşkilatında 5 bələdiyyə üzrə 167 nəfər bələdiyyə üzvlüyünə namizəd irəli sürülüb. Namizədlərdən 60 nəfəri qadın, 57 nəfəri isə gənc nəslin nümayəndələridir.
Bilman Vəliyev onu da deyib ki, bu dəfə də YAP Abşeron rayon təşkilatı gənclərin fəallığından faydalanmaq, onları seçki prosesinə cəlb etmək üçün əməli addımlar atır. YAP Abşeron rayon təşkilatının Aparatına seçkilərlə bağlı işlərə gənclər cəlb olunub və onların hər birinə müvafiq tapşırıqlar verilib. YAP Abşeron rayon təşkilatında hər gün qızğın iş aparıldığını müşahidə etmək mümkündür. Seçki Qərargahının üzvləri ilə birgə mütəmadi olaraq iclaslar keçirilir, görülən işlər gündəlik müzakirə olunur. Bu isə İcra Katibliyi tərəfindən tövsiyə olunmuş proqramın birinci mərhələsini uğurla başa çatdırmağı şərtləndirib.
Namizədlərin müəyyənləşməsinə gəlincə isə, YAP Abşeron rayon təşkilatının sədri vurğulayıb ki, namizədlərin irəli sürülməsi üçün artıq sənədləşmə prosesinə başlanılıb.
Sədr seçkilərlə bağlı partiyanı təmsil edən üzvlərin siyahısının hazırlandığını da xatırladıb. Bilman Vəliyev daha sonra qeyd edib ki, aparılan işlər çərçivəsində mobil qruplar yaradılıb və YAP Abşeron rayon təşkilatı bələdiyyə seçkilərinə hazırlıq işlərini müvafiq qaydada davam etdirməkdədir.
Xəbər lenti
Hamısına baxMEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

