/ / Qaradağda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş növbəti tədbir keçirilib
Qaradağda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş növbəti tədbir keçirilib
08.05.2014 [09:27]
Dünən Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən Ələt İstehsalat Birliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib ki, Ümummilli lider Heydər Əliyev böyük istedad sahibi olan dövlət xadimi kimi mükəmməl idarəçilik qabiliyyəti və yüksək liderlik bacarığı ilə Azərbaycan tarixində silinməz iz qoyub: “XX əsrin sonlarında Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin misilsiz fəaliyyəti sayəsində mümkün olmuşdur. Öz xalqına sədaqətlə xidmət etmiş Ulu öndər Heydər Əliyevin ömür yolu hər bir azərbaycanlı üçün örnəkdir”.
A.Hüseynov müasir Azərbaycan dövlətinin Heydər Əliyev ideyalarına söykənərək yüksək inkişaf yolu keçdiyini vurğulayaraq əlavə edib ki, bu gün Ulu öndərin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti öz iqtisadi inkişaf sürətinə görə dünyada liderlər sırasındadır.
Daha sonra tədbirdə, həmçinin, YAP Qaradağ rayon təşkilatının Ələt İstehsalat Birliyi ilk partiya təşkilatı təsis edilib və partiya sıralarına yeni üzvlər qəbul edilib. İlk təşkilatın sədri isə Ələt İstehsalat Birliyinin direktoru Vidadi Hüseynov seçilib. V.Hüseynov da çıxışında Azərbaycan tarixinin Heydər Əliyev dövrünün təkcə sürətli inkişaf, yüksəliş anlayışları ilə səciyyələnmədiyini, mahiyyətcə yeni tarixin formalaşması kimi tarixə həkk olunduğunu vurğulayıb. O, deyib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın yeni tarixini yaradıb: “Heydər Əliyevin tarixi rolu və xidmətləri daha çox qeyri-adi istedad və yaddaşa, universal biliyə, tükənməz səbrə və ən nəhayət mahir liderlik keyfiyyətlərinə malik olması ilə əlaqədardır”.
YAP Qaradağ rayon təşkilatı Ələt qəsəbə ilk partiya təşkilatının sədri Nizami Mehdiyev isə deyib ki, Ulu öndər Heydər Əliyev zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynayıb. Məhz buna görə xalqımız Ulu öndərin adını milli tariximizə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk edib.
Xəbər lenti
Hamısına baxElanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11

