Azərbaycan və Almaniya əməkdaşlığı yeni imkanlar mərhələsinə qədəm qoyur
24.07.2026 [23:44]
Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərində əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, aparılan müzakirələr və imzalanan sənədlər iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və uzunmüddətli tərəfdaşlığın möhkəmləndirilməsi üçün əlverişli zəmin formalaşdırdı.
Dövlət başçısının mətbuata bəyanatında vurğulandığı kimi, qəbul edilən qərarlar yalnız mövcud əməkdaşlığın davam etdirilməsinə deyil, həm də yeni fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir. Strateji gündəliyin formalaşdırılması müxtəlif sahələr üzrə əlaqələrin daha koordinasiyalı şəkildə inkişafına imkan yaradacaq. Bu məqsədlə Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması və yeni əməkdaşlıq mexanizmlərinin tətbiqi biznes dairələri arasında əlaqələrin genişlənməsinə töhfə verəcək.
Enerji sahəsi görüşlərin əsas mövzularından biri oldu. Prezident İlham Əliyev Azərbaycanın Almaniyaya təbii qaz ixracına başladığını, ölkəmizin Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi rolunu daha da gücləndirdiyini bildirdi. Bununla yanaşı, bərpaolunan enerji istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi və yaşıl enerji layihələrinin reallaşdırılması üçün geniş perspektivlərin mövcud olduğu vurğulandı.
Səfər zamanı nəqliyyat, logistika və regional əməkdaşlıq məsələləri də geniş müzakirə edildi. Azərbaycanın Orta Asiya ilə Avropanı birləşdirən mühüm tranzit marşrutu kimi əhəmiyyətinin artdığı qeyd olundu. Dövlət başçısı regionda sülh və sabitliyin möhkəmləndirilməsinin bütün ölkələrin maraqlarına xidmət etdiyini bildirərək, Almaniyanın bu istiqamətdə göstərdiyi dəstəyi yüksək qiymətləndirdi.
Rəsmi səfər bir daha nümayiş etdirdi ki, Azərbaycan və Almaniya arasında münasibətlər qarşılıqlı etimada və ortaq maraqlara əsaslanaraq inkişaf edir. İmzalanmış sənədlərin icrası siyasi, iqtisadi və enerji sahələrində yeni imkanlar yaradacaq, eyni zamanda iki ölkə arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək.
Kəmalə Məmmədova
YAP Göyçay rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17

