Yeni “nüvə mübahisəsi” başlayır
24.07.2026 [09:30]
Səudiyyə Ərəbistanı ABŞ ilə birgə nüvə enerjisi texnologiyalarının istifadəsinə dair saziş imzalayıb
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə nüvə enerjisi texnologiyalarının birgə istifadəsinə dair sazişi təsdiqləyib. “Associated Press” (AP) agentliyi məlumatı iki mənbəyə istinadla bildirib. Məlumata görə, 30 il müddətinə nəzərdə tutulan saziş Amerika şirkətlərinin proqramın həyata keçirilməsində iştirakını da əhatə edir. Razılaşmanın ABŞ və Səudiyyə Ərəbistanının birgə tədqiqatlarından sonra krallıqda uranın zənginləşdirilməsi müəssisəsinin yaradılmasına imkan verəcəyi bildirilir.
Agentliyin mənbələrinin sözlərinə görə, sənəddə nüvə materiallarının hərbi məqsədlərlə istifadəsinin qarşısını almaq üçün Vaşinqtonun əvvəllər vacib saydığı təhlükəsizlik təminatları yer almayıb.
Səudiyyə Ərəbistanının enerji ehtiyaclarının ödənilməsinə kömək...
ABŞ Energetika Nazirliyinin açıqladığı məlumata görə, müvafiq uzunmüddətli müqavilə Vaşinqtonda ölkələrin enerji nazirləri Kris Rayt və Əbdüləziz bin Salman Əl Səud tərəfindən imzalanıb. Müqaviləyə əsasən, Amerika şirkətləri Səudiyyə Ərəbistanının nüvə proqramının inkişafında iştirak edə biləcəklər ki, bu da qarşılıqlı fayda vəd edir - belə ki, sənəd Amerika sənayesinə, işçilərinə və təchizat zəncirlərinə fayda verəcək, eyni zamanda Səudiyyə Ərəbistanının enerji ehtiyaclarının ödənilməsinə kömək edəcək. Bundan əlavə, sənədə görə, tərəflər eyni vaxtda ikitərəfli təhlükəsizlik sazişi imzalayıblar.
Kris Rayt bildirib ki, bu müqavilələr nüvə təhlükəsizliyi və yayılmamanın ən yüksək standartlarına cavab verir, dünyanın ən yaxşı nüvə texnologiyasına əsaslanır.
Konqres nə deyəcək?
Sənəd nəzərdən keçirilmək üçün Konqresə təqdim ediləcək. Bu arada, Reuters agentliyinin məlumatına görə, konqres üzvləri sənədi təsdiqləməkdən imtina edə bilərlər. Çünki Konqres üzvlərinin çoxu, xüsusən də hazırki dövrdə siyasi cəhətdən qeyri-sabit Yaxın Şərq ölkələrinə nüvə texnologiyasının ötürülməsini bəyənmir. “Bundan əlavə, əvvəlcə beynəlxalq müfəttişlərin nüvə texnologiyasının hərbi məqsədlər üçün sui-istifadə edilməməsini təmin etmək üçün ərazilərə nə dərəcədə çıxış əldə edə biləcəyi bəlli deyil”, - deyə Reuters qeyd edir.
Qeyd edək ki, uran zənginləşdirilməsi əsasən nüvə elektrik stansiyaları üçün yanacaq istehsalından ötrüdür. Lakin eyni texnologiya nüvə silahları yaratmaq üçün də istifadə edilə bilər. Bu səbəbdən ABŞ-ın hər iki partiyadan olan konqresmenləri Səudiyyə Ərəbistanının nüvə proqramı ideyasına qarşı çıxıblar. Dövlət katibi Marko Rubio isə Filippinə səfəri zamanı bildirib ki, “Birləşmiş Ştatlar dünyanın heç bir ölkəsi ilə nüvə yayılma riski yaradan bir müqavilə bağlamayacaq”.
Xatırladaq ki, Tramp administrasiyası müqavilənin təfərrüatlarını açıqlamayıb, lakin çərçivə müqaviləsinə Səudiyyə Ərəbistanında uran zənginləşdirmə qurğusunun tikintisi daxil ola bilər.
Siyasi təhlilçilər müqavilə ilə bağlı bir sıra sualların olduğunu qeyd edirlər. Belə ki, sənəddə monitorinqi və yoxlamaları tənzimləyəcək Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Əlavə Protokolu yoxdur. Saziş həm də hazırda Yaxın Şərqdə davam edən gərginlik fonunda müzakirə doğurur.
MAQATE gəlməyəcək...
CNN mənbələrə istinadən bildirib ki, sazişin əsas parametrləri 2025-ci ilin oktyabrında razılaşdırılıb. İmzalanmanın gecikməsi isə yaxın şərq müharibəsinə söykənir. Sülh danışıqları zamanı ABŞ İranın uranın zənginləşdirilməsindən imtinasında israrlı idi. Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq müqaviləsinin layihəsində bu cür fəaliyyətə icazə verilməsi isə məhz İranla danışıqların pozulmasından sonra baş tutub. Yeri gəlmişkən, indiyə qədər ABŞ nüvə elektrik stansiyaları tikdiyi ölkələrin uranı zənginləşdirməsinə və işlənmiş yanacağı özləri emal etməsinə qəti şəkildə qarşı çıxıb. Bundan əlavə, ABŞ ənənəvi olaraq tərəfdaşlarının Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Əlavə Protokolunu imzalamasında israr edib. Bu, agentliyin müfəttişlərinə müvafiq ölkələrin nüvə obyektlərində ətraflı yoxlamalar aparmağa və orada elan edilməmiş hərbi fəaliyyətin aparılmamasını təmin etməyə imkan verir. Standart “123 Saziş”ə daxil olan bu tələbləri nəzərə alaraq, ABŞ-ın yanaşması dinc nüvə sektorunda aparıcı təchizatçılar arasında ən sərt hesab olunurdu, lakin indi amerikalılar “qızıl standartlarından” imtina etmiş kimi görünürlər.
CNN mənbələrinə görə, ABŞ beynəlxalq müfəttişləri cəlb etmək əvəzinə, ikitərəfli müqavilələr çərçivəsində Səudiyyə Ərəbistanının nüvə fəaliyyətinə özü nəzarət etmək niyyətindədir. Ağ Ev isə bu xəbərlə bağlı şərh verməyib.
Yaxın perspektivdə...
Qeyd edək ki, Səudiyyə Ərəbistanı uzun illərdir dinc nüvə enerjisi ilə maraqlanır. Növbəti illərdə krallıq hakimiyyəti 16 reaktora qədər potensiala malik iki reaktorlu nüvə elektrik stansiyası tikmək istəyir. Bu, Ər-Riyad üçün həm Yaxın və Orta Şərqdə nüfuz, həm də artan elektrik enerjisinə ehtiyac, neftə alternativ istək baxımından vacibdir. Lakin ölkə uzun müddətdir ki, əsas oyunçuların, əsasən ABŞ, Rusiya və Çinin təklif etdiyi variantları araşdıraraq podratçılar barədə qərar verə bilmirdi. Nəticədə seçim ABŞ olub. Vurğulanmalıdır ki, bu ilin əvvəlində Donald Tramp təfərrüatlara varmadan Ər-Riyadla yeni bir müqavilənin ABŞ-a fayda verəcək “çoxillik, milyardlarla dollarlıq nüvə enerjisi tərəfdaşlığına” səbəb olacağını açıqlamışdı.
Daha asan və qısa yol...
Qeyd etmək lazımdır ki, siyasi mütəxəssislər Ər-Riyadda nüvə arsenalının hipotetik şəkildə ortaya çıxmasını regionda fərqli dövlətlərin də bu arzularını irəli sürəcəyini stimullaşdıracağını bildirirlər. Siyahıda isə tək İran yer almır - həm də Türkiyədə, BƏƏ-də və Misirdə oxşar istəklərin meydana çıxması təbii görünür. Ər-Riyad isə regional status-kvonun belə kəskin dəyişməsinin nəticələrinin gözlənilməz ola biləcəyini başa düşür və buna görə də hələlik heç bir tələsik addım atmamağa üstünlük verir.
Bir qism siyasi şərhçilər isə Səudiyyə Ərəbistanının dinc məqsədlər üçün uranın zənginləşdirilməsi planı həyata keçirdiyinə inanır. Onlar arqument olaraq hazırki proqram çərçivəsində nüvə silahı əldə edilməsinin uzun bir proses olduğunu deyirlər. Qeyd olunur ki, əgər Ər-Riyad nə vaxtsa nüvə arsenalını çəkindirici vasitə kimi əldə etmək istəyirsə, uranın 90 faizə qədər zənginləşdirilməsi və sonra döyüş başlığı yaratmaq kimi uzun, mürəkkəb və qanunsuz prosesdən keçməlidir. Nüvə silahı əldə etmək üçün isə daha qısa yol var. İddia olunur ki, Ər-Riyad üçün müttəfiqi Pakistandan nüvə arsenalı almaq daha asan olardı.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

