ABŞ-da yeni şatdaun olacaqmı?
24.07.2026 [09:56]
Supergüc dövlət olan Amerika Bİrləşmiş Ştatlarının (ABŞ) özünəməxsus maliyyə sistemi var. Bu ölkədə maliyyə ili 1 oktyabr - 30 sentyabra aralığını əhatə edir. Federal hökumətin fəaliyyətinin ardıçıllığının təmin edilməsi üçün qanunverici orqan - Konqres oktyabrın 1-dək müvafiq büdcə qanununu qəbul etməlidir. Əks halda həyati vacib sahələr istisna olmaqla hökumətin maliyyələşdirilməsi mümkün olmur. Bunun nəticəsi olaraq isə federal qurumların öz fəaliyyətlərini məcburi qaydada dayandırmaları -şatdaun riski yaranır.
Bu günlərdə ABŞ Konqresinin Nümayəndələr Palatası federal idarələrin maliyyələşdirilməsinin bu il dekabrın 4-dək cari səviyyədə saxlanmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Göründüyü kimi, bəhs olunan qanun layihəsi müvəqqəti xarakterlidir və ABŞ-ın növbəti maliyyə ilini tam əhatə etmir. Analitiklərin qənaətinə görə, Nümayəndələr Palatasının müvəqqəti xarakterli qanun qəbul etməsi əslində noyabrın 3-də keçiriləcək aralıq seçkiləri ərəfəsində maliyyə ilinin sonunadək şatdaunun qarşısını almağa yönəlib.
ABŞ tarixində yaşanan şatdaunlar
“Şatdaun” termini bağlamaq, bloklamaq, söndürmək anlamında işlədilir. ABŞ siyasətində isə bu termin qanunvericilik bazasının təmin edilməməsi səbəbindən hökumətin fəaliyyətini məcburi qaydada dayandırmasına şamil edilir.
ABŞ tarixi ilə bağlı araşdırmalar apardıqda aydın olur ki, şatdaunların baş vermə səbəbi ilk növbədə respublikaçılarla demokratlar arasında yaşanan siyasi rəqabətdən qaynaqlanır. Başqa sözlə desək, Konqresdə iki bloku təmsil edən deputatların bir sıra hallarda siyasi ambisiyalar ortaya qoymaları və məhz siyasi səbəblərə görə büdcə qanununun qəbuluna maneçilik törətmələri, səs verməyərək onu bloklamaları yeni maliyyə ilində hökuməti, necə deyərlər, pulsuz qoyur. Bu halda isə təbii ki, fəaliyyət də mümkün olmur.
ABŞ tarixində ilk şatdaun 1976-cı ilin sentyabr-oktyabr aylarında, prezident Cerald Fordun administrasiyası dövründə baş verib. Həmin vaxt Konqreslə prezident arasında büdcə anlaşmazlığı səbəbindən 10 gün davam edən hökumət böhranı qeydə alınıb. Belə ki, Prezident Cerald Fordun Əmək və Sağlamlıq Departamentlərinin büdcəsini artırmaq barədə qanun layihəsinə veto qoyması, daha sonra Konqresin bu vetonu ləğv etməsi büdcə qanununun vaxtında qəbul edilməsini əngəlləyib. Nəticədə, bəzi dövlət qurumlarının fəaliyyəti qısamüddətli dayanıb, lakin sonradan konsensus təmin edilib və böhran qısamüddətli olub.
Hökumətin ən uzun müddətdə fəaliyyətsiz qalması
Bütövlükdə, ABŞ tarixində 20 dəfə şatdaun hadisəsi baş verib. Diqqətçəkən əsas məqamlardan biri ondan ibarətdir ki, ölkədə ən uzun çəkən iki şatdaun məhz Donald Trampın əvvəlki və indiki prezidentlik dönəminə təsadüf edib. ABŞ federal hökumətinin sonuncu dəfə ötən ilin payızında fəaliyyətini qismən dayandırması 43 gün davam etməklə ölkə tarixində ən uzunmüddətli fəaliyyətsizlik olub və Donald Trampın ilk prezidentlik dövründə (2017-2021) qeydə alınan 34 günlük rekordu təzələyib.
Ötən il büdcə qanununun qəbul edilməsinin ləngiməsi yenə də demokratlarla respublikaçıların mövqeyinin əks qütblərdə dayanması ilə bağlı olub. Məsələn, demokratlar sığorta sahəsindki problemləri qabartmaqla bu sahəyə əlavə 350 milyard dollar ayrılmasını tələb edirdilər ki, respublikaçılar da imkanları nəzərə almaqla bununla razılaşmırdılar. Həmçinin bir sıra digər məsələlər ətrafında da konsensusu təmin etmək mümkün olmurdu. O cümlədən cinsi azlıqlarla bağlı, sosial ödənişlərlə bağlı, Ukraynaya hərbi və maddi yardımların artırılması ilə bağlı məsələlərdə də ciddi fikir ayrılığı yaşanırdı.
ABŞ tarixində gün sayına görə ən uzun çəkən şatdauna Prezident Donald Trampın müvəqqəti maliyyələşdirmə qətnaməsini imzalaması ilə son qoyulub. ABŞ Nümayəndələr Palatası da federal hökumətin 30 yanvar 2026-cı ilə qədər maliyyələşdirilməsini nəzərdə tutan və daha əvvəl Senat tərəfindən qəbul edilən sənədi dəstəkləyib. 222 qanunverici sənədin lehinə, 209-u isə əleyhinə səs verib. Səsvermədən dərhal sonra ABŞ Prezidenti Donald Tramp müvəqqəti qanun layihəsini imzalayıb. Beləliklə də, ABŞ tarixində ən uzun şatdaun başa çatıb. Qeyd edək ki, ötən maliyyə ilində baş verən şatdaun nəticəsində təxminən 700.000 federal işçi məzuniyyətə göndərilmişdi. Həmçinin Milli Qvardiya qoşunları, polis məmurları, hava nəqliyyatı dispetçerləri və nəqliyyat işçiləri maaşsız işləmək məcburiyyətində qalmışdılar. Təbii ki, maaşsız çalışmaqla razılaşmayan çoxlu sayda hökumət təmsilçisi könüllü şəkildə vəzifəsini tərk etmişdi.
Növbəti şatdaunla qarşılaşmamaq naminə - Trampdan xəbərdarlıq
D.Tramp ölkəsinin böyük itkilər hesabına başa gələn yeni şatdaunla üzləşməsini istəmir. Buna görə də Konqresə öz xəbərdarlığını çatdırıb. “ABŞ Konqresi oktyabrın 1-dək federal administrasiyanın maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini qəbul etməsə, hökumətin sentyabr ayında fəaliyyətini dayandırması mümkündür”- deyə ABŞ Prezidenti bildirib.
Belə görünür ki, ABŞ-ın qanunverici orqanı Prezidentin həyəcan təbili çalmasının məsuliyyətini anlayıb və Nümayəndələr Palatası federal idarələrin maliyyələşdirilməsinin bu il dekabrın 4-dək cari səviyyədə saxlanmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Qanun layihəsini 220 konqresmen dəstəkləyib, 205 nəfər isə əleyhinə çıxış edib.
Qanun layihəsi baxılmaq üçün Senata təqdim olunacaq. “The Hill” qeyd edir ki, ən azı 60 senatorun dəstəyini əldə etmək zərurəti və demokratların mümkün müqaviməti səbəbindən onun qəbulu çətinliklərlə üzləşə bilər ki, bu da yeni şatdaun ehtimalını gücləndirir.
Rekord müdafiə büdcəsi
ABŞ Konqresinin Nümayəndələr Palatası iyulun 23-də həmçinin 2027-ci maliyyə ili üçün nəzərdə tutulan Milli Müdafiənin Səlahiyyətləndirilməsi Aktını qəbul edib. Sənəd 1,15 trilyon dollar həcmində rekord müdafiə xərclərini nəzərdə tutur.
Qanun layihəsinin lehinə 216, əleyhinə isə 212 konqresmen səs verib. Əvvəlki illərdən fərqli olaraq, sənəd bu dəfə hər iki partiyanın geniş dəstəyi olmadan minimal səs üstünlüyü ilə qəbul edilib.
Sənədə əsasən, 2027-ci ildə Pentaqonun maliyyələşdirilməsi 2026-cı illə müqayisədə təxminən 250 milyard dollar artırılacaq. Əlavə vəsaitin bir hissəsinin hərbi qulluqçuların maaşlarının 5-7 faiz artırılmasına yönəldilməsi planlaşdırılır.
Qanun layihəsində, həmçinin ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə hazırlanan “Golden Dome” (Qızıl Günbəz) adlı yeni raketdən müdafiə sisteminin maliyyələşdirilməsi də nəzərdə tutulur.
Bundan başqa, Nümayəndələr Palatası Müdafiə Nazirliyinin adının Müharibə Nazirliyi ilə əvəz olunmasını nəzərdə tutan müddəanı da dəstəkləyib.
Qanun layihəsinin qüvvəyə minməsi üçün onun ABŞ Senatı tərəfindən də təsdiqlənməsi tələb olunur.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 16:19
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20

