/ / Nəsimi rayonunda YAP-ın VIII Qurultayından irəli gələn məsələlərə həsr olunmuş növbəti müşavirə keçirilib
Nəsimi rayonunda YAP-ın VIII Qurultayından irəli gələn məsələlərə həsr olunmuş növbəti müşavirə keçirilib
16.10.2026 [17:19]
|
Nəsimi rayonunda YAP-ın VIII Qurultayından irəli gələn məsələlərə həsr olunmuş növbəti müşavirə keçirilib ( bu versiya əsas götürün, zəhmət olmasa) Bu gün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının beş ərazi partiya təşkilatının birgə müşavirəsi keçirilib. Müşavirə M. Cəlal küçəsi 40 ünvanında yerləşən 247 nömrəli tam orta məktəbin akt zalında baş tutub. Müşavirəyə aşağıdakı ərazi partiya təşkilatları qatılıb:
Müşavirə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunub. Müşavirəni 247 nömrəli tam orta məktəbin direktoru, M. Cəlal küçəsi 40 üzrə ərazi partiya təşkilatının sədri Sitarə Abbasova aparıb. O, çıxışında Partiya Sədrinin qurultaydakı nitqinin ölkəmizin ictimai-siyasi həyatı və təhsil sahəsi üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Sitarə Abbasova dövlət başçısının ideoloji təxribatlara qarşı əsas sipərin təhsil və vətənpərvərlik olduğu barədə fikrini xatırladıb. Bu baxımdan məktəblərin və müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov çıxışında bildirib: «Bu gün biz Yeni Azərbaycan Partiyasının VIII Qurultayının yekunlarını və Partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələri müzakirə etmək üçün toplaşmışıq. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultay partiyamızın tarixində xüsusi yer tutur. Dövlət başçısının vurğuladığı kimi, ilk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra keçirilir». Abbas Pənahov Partiya Sədrinin YAP fəalları qarşısında qoyduğu tapşırıqları diqqətə çatdırıb. Bunlar sırasında ideoloji işin formal yanaşmalardan uzaq, müasir formatda qurulmasını, Azərbaycan reallıqlarının hər bir vətəndaşa çatdırılmasını və ideoloji təxribatlara qarşı ayıq-sayıq olmağı qeyd edib. Daha sonra 247 nömrəli tam orta məktəbin müəllimi, partiya fəalı Sevda Məmmədova çıxış edib. O, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müəllimlərin rolundan danışıb. Sevda Məmmədova tarixi həqiqətlərin, xüsusilə 1990-cı illərin acı dərslərinin və Zəfər tariximizin şagirdlərə çatdırılmasının vacibliyini vurğulayıb. Müşavirənin sonunda iştirakçılar Prezident İlham Əliyevin VIII Qurultayda müəyyən etdiyi vəzifələrin icrasında fəal iştirak edəcəklərini bildiriblər. Tədbir Yeni Azərbaycan Partiyasının himni ilə yekunlaşıb. |
Xəbər lenti
Hamısına baxElanlar
16 Oktyabr 18:44
Dünya
16 Oktyabr 18:21
Dünya
16 Oktyabr 17:35
Xəbər lenti
16 Oktyabr 17:00
Siyasət
16 Oktyabr 16:37
Sosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14
Dünya
16 Oktyabr 15:45
Dünya
16 Oktyabr 15:17
Dünya
16 Oktyabr 14:32
Dünya
16 Oktyabr 14:10
Dünya
16 Oktyabr 13:59
YAP xəbərləri
16 Oktyabr 13:26
Dünya
16 Oktyabr 13:20
YAP xəbərləri
16 Oktyabr 13:04
Gündəm
16 Oktyabr 12:56
İqtisadiyyat
16 Oktyabr 12:53
Gündəm
16 Oktyabr 12:45
Siyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45
Siyasət
16 Oktyabr 10:25
YAP xəbərləri
16 Oktyabr 10:09
Analitik
16 Oktyabr 09:42
Gündəm
16 Oktyabr 09:30
Analitik
16 Oktyabr 09:17
Sosial
16 Oktyabr 08:54
Sosial
16 Oktyabr 08:39
Gündəm
16 Oktyabr 08:12
Gündəm
16 Oktyabr 07:07
Siyasət
16 Oktyabr 07:07
16 Oktyabr 01:20
Sosial
15 Oktyabr 20:16
Gündəm
15 Oktyabr 19:59
YAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
Gündəm
15 Oktyabr 17:53
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
Siyasət
15 Oktyabr 17:09
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
YAP xəbərləri
15 Oktyabr 16:52
Gündəm
15 Oktyabr 16:47
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59

