Çoxşaxəli xarici siyasət və yeni tərəfdaşlıq imkanları
14.10.2026 [10:42]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri müxtəlif regionları təmsil edən dövlətlərlə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi və milli maraqlara əsaslanan tərəfdaşlığın inkişaf etdirilməsidir. Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri də bu siyasətin tərkib hissəsi kimi diqqət mərkəzindədir. Səfər iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsi, əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün əlavə imkanlar yaradır.
Prezident İlham Əliyevin səfər çərçivəsində mətbuata verdiyi bəyanat Azərbaycan–Kamboca münasibətlərinin mövcud vəziyyətini və gələcək inkişaf istiqamətlərini əhatə edib. Dövlət başçısı beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin, siyasi təmasların və əməkdaşlığın əhəmiyyətini vurğulayıb. BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində formalaşan əlaqələr iki ölkənin beynəlxalq məsələlərdə dialoqu üçün əlverişli zəmin yaradır. Parlamentlərarası münasibətlər, dostluq qruplarının fəaliyyəti və Kambocanın dəstəyi ilə Azərbaycanın ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsi də Asiya istiqamətinin ölkəmizin xarici siyasətindəki yerinin göstəricisidir.
İkitərəfli əməkdaşlığın əsas perspektivlərindən biri iqtisadi əlaqələrin genişləndirilməsidir. Ticarət və investisiya əməkdaşlığı üzrə birgə işçi qrupunun yaradılması, eləcə də biznes forumunun keçirilməsi praktik nəticələrə hesablanmış addımlardır. Birgə istehsal müəssisələrinin yaradılması, turizm, təhsil, nəqliyyat və rəqəmsal transformasiya sahələrində əməkdaşlıq imkanlarının araşdırılması əlaqələrin yeni istiqamətlər üzrə inkişafına şərait yaradacaq. Coğrafi məsafə və qarşılıqlı məlumat çatışmazlığı kimi maneələrin aradan qaldırılması isə biznes dairələri arasında təmasların intensivləşdirilməsini tələb edir.
Təhsil və humanitar əlaqələr də ikitərəfli münasibətlərin mühüm istiqamətlərindəndir. Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil alması iki xalq arasında mövcud tarixi əlaqələrin göstəricisidir. Bu ənənənin bərpası, qarşılıqlı təhsil imkanlarının yaradılması və tələbə mübadiləsinin genişləndirilməsi xalqlar arasında münasibətlərin daha da yaxınlaşmasına xidmət edir. Dövlət başçısının qeyd etdiyi kimi ki, öz səmərəliliyini sübut etmiş və Azərbaycan cəmiyyətində təqribən 100 faizlik müsbət qiymətləndirmə qazanmış “ASAN” dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur: “Bu sistem artıq Azərbaycanın dostu olan bir çox ölkələrdə tətbiq edilir. Əminəm ki, bu da ikitərəfli münasibətlərimizə yaxşı töhfə verə bilər”.
Prezident İlham Əliyevin bəyanatında mina təhlükəsi, sülh və təhlükəsizlik mövzuları da toxunub. Hər iki ölkənin mina probleminin ağır nəticələri ilə üzləşməsi təcrübə və bilik mübadiləsini, mütəxəssislərin hazırlanmasını və birgə təlimlərin keçirilməsini aktual edir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra mina partlayışları nəticəsində insanların həlak olması və yaralanması bu problemin humanitar miqyasını sübut edir.
Dövlət başçısının sülh və təhlükəsizliyin beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalı olduğuna dair fikirləri Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi Azərbaycanın münaqişədən sonrakı inkişaf gündəliyinin mühüm hissəsidir. Bu təcrübə sülhün yalnız siyasi razılaşmalarla deyil, insanların təhlükəsizliyinin, yaşayış şəraitinin və dayanıqlı inkişaf imkanlarının təmin olunması ilə də bağlı olduğunu təsdiqləyir.
Beləliklə, Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri iki ölkə arasında siyasi dialoqun iqtisadi və humanitar əməkdaşlıqla daha da möhkəmləndirilməsi üçün yeni imkanlar yaradır. Əsas məsələ əldə olunan razılaşmaların konkret layihələrə və qarşılıqlı fayda verən nəticələrə çevrilməsidir. Azərbaycan-Kamboca münasibətlərinin gələcək inkişafı Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi, yeni iqtisadi tərəfdaşlıqların qurulması və beynəlxalq platformalarda qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi baxımından perspektivli istiqamət təşkil edir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 Oktyabr 16:52
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Dünya
15 Oktyabr 13:12
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49
Sosial
15 Oktyabr 09:41
Dünya
15 Oktyabr 09:34
Siyasət
15 Oktyabr 09:33
Siyasət
15 Oktyabr 09:32
Gündəm
14 Oktyabr 23:11
Gündəm
14 Oktyabr 22:10
Gündəm
14 Oktyabr 21:43
YAP xəbərləri
14 Oktyabr 19:54
Gündəm
14 Oktyabr 19:46
Gündəm
14 Oktyabr 19:40
Gündəm
14 Oktyabr 19:31
Gündəm
14 Oktyabr 19:29
Gündəm
14 Oktyabr 19:17
YAP xəbərləri
14 Oktyabr 18:51
Dünya
14 Oktyabr 18:45
Elm
14 Oktyabr 17:52
Dünya
14 Oktyabr 16:51
Dünya
14 Oktyabr 15:47
YAP xəbərləri
14 Oktyabr 15:35
Mədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46
İdman
14 Oktyabr 13:44
YAP xəbərləri
14 Oktyabr 13:00
Gündəm
14 Oktyabr 12:58
YAP xəbərləri
14 Oktyabr 12:42
YAP xəbərləri
14 Oktyabr 12:39
YAP xəbərləri
14 Oktyabr 12:30
Gündəm
14 Oktyabr 12:25
MEDİA
14 Oktyabr 12:19
YAP xəbərləri
14 Oktyabr 12:00
İqtisadiyyat
14 Oktyabr 11:49
YAP xəbərləri
14 Oktyabr 11:37
YAP xəbərləri
14 Oktyabr 11:32
Siyasət
14 Oktyabr 11:26
Siyasət
14 Oktyabr 11:25
Gündəm
14 Oktyabr 11:19

