Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 27 Sentyabr – Şəhidlərimizin müqəddəs xatirə günü

27 Sentyabr – Şəhidlərimizin müqəddəs xatirə günü

25.09.2026 [14:13]

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında xüsusi mənəvi məna daşıyan müqəddəs tarixdir. Bu gün Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə sonsuz ehtiramın ifadəsidir. 27 Sentyabr həm qürur, həm də kövrək duyğularla qeyd olunur. Çünki bu tarix 44 günlük Vətən müharibəsinin başlanğıcı olmaqla, Azərbaycanın tarixi Zəfərinə aparan yolun ilk səhifəsidir.

Uzun illər ərzində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti müxtəlif ideoloji iddialarla müşayiət olunmuşdur. Erməni millətçi dairələrinin tarixən irəli sürdüyü “dənizdən-dənizə Ermənistan” kimi xəyali və maksimalist ideyalar regionun real tarixi və coğrafi mənzərəsinə zidd olmuşdur. Bu yanaşma illər ərzində Azərbaycan torpaqlarına qarşı ərazi iddialarının ideoloji əsaslarından birinə çevrilmişdir. Azərbaycan bütün bu müddət ərzində münaqişənin sülh yolu ilə həllinə çalışmış, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini müdafiə etmişdir. Lakin Ermənistanın hərbi təxribatları və işğal siyasəti davam etmişdir.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərini və yaşayış məntəqələrini atəşə tutması yeni hərbi qarşıdurmaya səbəb oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qərarı ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Beləliklə, xalqımızın tarixində şərəfli bir səhifə – 44 günlük Vətən müharibəsi başladı. Prezident İlham Əliyev sonradan həmin günləri qiymətləndirərkən bildirmişdir: “44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi idi.”

Azərbaycan Ordusu 44 gün ərzində böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının yaşayış məntəqələri, Hadrut qəsəbəsi və ən əsası, Şuşa şəhəri işğaldan azad edildi. Döyüş meydanında əldə edilən uğurlar Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Prezident İlham Əliyevin ifadə etdiyi kimi: “Biz Qələbəni döyüş meydanında qazandıq.” Dövlət başçısı eyni zamanda vurğulamışdır: “Biz müharibəni hərbi-siyasi yollarla həll etdik, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı.”

Bu Qələbənin arxasında isə böyük fədakarlıq dayanırdı. Minlərlə hərbçimiz Vətən uğrunda canından keçdi. Şəhidlərimizin qəhrəmanlığı sayəsində Azərbaycan xalqı uzun illər davam edən torpaq həsrətinə son qoydu. Buna görə 27 Sentyabr yalnız müharibənin başlanmasını xatırladan tarix deyil, şəhidlərimizin qarşısında baş əydiyimiz müqəddəs Anım Günüdür.

Prezident İlham Əliyev 27 Sentyabr 2021-ci ildə xalqa müraciətində şəhidlər haqqında deyib: “Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq.”  Bu sözlər Anım Gününün mahiyyətini çox dəqiq ifadə edir.

Vətən müharibəsinin hərbi nəticələrini əks etdirən məkanlardan biri də Hərbi Qənimətlər Parkıdır. Bakıda yaradılan bu parkda Vətən müharibəsi zamanı qənimət götürülmüş hərbi texnika, silah-sursat və digər eksponatlar nümayiş etdirilir. Prezident İlham Əliyev parkın açılışında vurğulamışdır: “Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək.” Parkın hər bir eksponatı 44 günlük müharibənin necə ağır sınaq olduğunu və Azərbaycan Ordusunun hansı böyük qəhrəmanlıq hesabına Zəfər qazandığını nümayiş etdirir. Bu baxımdan park həm tarixi yaddaş, həm də gələcək nəsillər üçün mühüm vətənpərvərlik məkanıdır.

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının şəhidlərimizə sonsuz ehtiramının ifadəsidir. Bu gün onların müqəddəs xatirəsi qarşısında baş əyir, göstərdikləri misilsiz fədakarlığı böyük minnətdarlıq hissi ilə yad edirik. Şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Onların canı bahasına qazanılmış Zəfər isə dövlətimizin tarixində daim xüsusi yer tutacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov

Paylaş:
Baxılıb: 148 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30