Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 27 sentyabr-Anım Gününə həsr edilmiş məktəblilərin rəsm və əl işlərindən ibarət sərgi keçirilib

27 sentyabr-Anım Gününə həsr edilmiş məktəblilərin rəsm və əl işlərindən ibarət sərgi keçirilib

24.09.2026 [22:20]

YAP Tərtər rayon təşkilatı, Tərtər Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Təhsil İdarəsinin Tərtər- Ağdərə rayonları üzrə Təhsil Sektorunun təçkilatçılığı ilə  27 Sentyabr – Anım Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Uşaq-Gənclər İnkişaf Mərkəzində rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin rəsm və əl işlərindən ibarət sərgi keçirilib.

   Sərgidə YAP  Tərtər  rayon təşkilatının,  rayon icra hakimiyyətinin və  Qarabağ Regional Təhsil İdarəsinin Tərtər – Ağdərə rayonları üzrə Təhsil Sektorunun əməkdaşları, müəllim və şagirdlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

  Sərginin keçirilməsində məqsəd gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və qəhrəmanlarımızın xatirəsinin yaşadılmasıdır.

   Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

   Mərkəzin direktoru Ülviyyə Qəmbərova tədbiri giriş sözü ilə açaraq sözü qonaqlara verib. Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı – məsləhətçisi Pərişan Orucova,YAP Tərtər  rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev çıxış ediblər.Çıxışlarda Ali Baş Komandan  cənab İlham Əliyevin  komandanlığı altında rəşadətli Azərbaycan Ordusunun  şanlı qələbəsindən, əsgərlərimizin qəhrəmanlıqlarından,Vətən üçün canlarından keçən şəhidlərdən, sağlamlıqlarını itirən qazilərdən, müharibə veteranlarından, Tərtər rayonunun 44 günlük Vətən müharibəsində göstərdiyi dözüm və dəyanətdən bəhs edilib.

   Sonra tədbir iştirakçıları sərgiyə baxıblar.Sərgidə 47 ümumtəhsil məktəbindən 23 nəfər şagirdin rəsm və 17 əl işləri nümayiş olunub.

   Sərgidə fərqlənən rəsm və əl işlərinin müəllifləri rayon icra hakimiyyəti və YAP  Tərtər rayon təşkilatı tərəfindən diplomla mükafatlandırılacaqlar.

Paylaş:
Baxılıb: 123 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30