Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Türk dünyasının strateji potensialı artır

Türk dünyasının strateji potensialı artır

21.09.2026 [15:52]

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin və beynəlxalq təşkilatların mövqeyinə təsir edən əsas amillər sırasında iqtisadi imkanlarla yanaşı, coğrafi mövqe, təbii resurslar və enerji potensialı mühüm yer tutur. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin malik olduğu imkanların genişliyi isə bu qurumun beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsi üçün ciddi potensial yaradır. Prezident İlham Əliyevin sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər də məhz bu reallığın əhəmiyyətini göstərir. Dövlət başçısının qeyd etdiyi kimi, təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi TDT-nin beynəlxalq arenadakı rolunun və çəkisinin artırılmasına yönəlib. Bunun üçün siyasi iradə ilə yanaşı, geniş coğrafi məkan, zəngin təbii ehtiyatlar və artan iqtisadi imkanlar da mühüm üstünlüklərdir.

        Təşkilatın potensialını daha da artıran əsas amillərdən biri üzv dövlətlərin imkanlarının qarşılıqlı əməkdaşlıq mexanizmləri vasitəsilə bir araya gətirilməsidir. Azərbaycan ikitərəfli münasibətləri TDT çərçivəsində çoxtərəfli əməkdaşlıqla tamamlayaraq bu istiqamətdə fəal siyasət həyata keçirir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması qarşılıqlı investisiyaların təşviqi və səfərbər edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Nəqliyyat əlaqələrinin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və investisiya imkanlarının genişləndirilməsi isə türk dövlətlərinin ümumi iqtisadi potensialından daha səmərəli istifadəyə şərait yaradır. Prezident İlham Əliyevin “Biz birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq institutlardan, aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq” fikri də qarşıda duran strateji hədəfi aydın göstərir. Burada məqsəd yalnız təşkilatın nüfuzunu artırmaq deyil, onun beynəlxalq münasibətlər sistemində praktiki rolunu genişləndirməkdir.

        Bu məqsədin mühüm istiqamətlərindən biri də təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsidir. Sentyabrın 17-də Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev toplantıya müraciətində mütəmadi fikir mübadiləsinin ortaq qlobal və regional təhdidlərin müəyyənləşdirilməsi və onların neytrallaşdırılması yollarının araşdırılması baxımından vacibliyini vurğulayıb. Terrorçuluq, transmilli cinayətkarlıq, narkotik dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun mühafizəsi kimi məsələlər təhlükəsizlik sahəsində əlaqələndirilmiş fəaliyyətə ehtiyacı artırır. Buna görə də TDT ölkələrinin təhlükəsizlik qurumları arasında koordinasiyanın gücləndirilməsi dəyişən geosiyasi şəraitdə ortaq risklərin daha çevik qiymətləndirilməsinə və onlara qarşı birgə fəaliyyət imkanlarının genişləndirilməsinə xidmət edə bilər. Bakıda keçirilən toplantı da Türk dünyasında təhlükəsizlik dialoqunun institusional əsaslarının getdikcə daha da möhkəmləndiyini nümayiş etdirir.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 56 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Neft ucuzlaşır

21 Sentyabr 10:47

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30