Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Böyük Britaniyada polis əməkdaşının güllələnməsi ilə bağlı 4 nəfər saxlanılıb

Böyük Britaniyada polis əməkdaşının güllələnməsi ilə bağlı 4 nəfər saxlanılıb

19.10.2026 [18:25]

Böyük Britaniyanın Nottingem şəhərinin mərkəzində polis əməkdaşının odlu silahdan açılan atəş nəticəsində yaralanması ilə bağlı 4 nəfər saxlanılıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hadisə oktyabrın 18-də yerli vaxtla saat 04:50 radələrində şəhərin “Angel Row” küçəsində baş verib. Polis əməkdaşı 2 şübhəli şəxsə yaxınlaşarkən güllə yarası alıb. Yaralı polis əməkdaşı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu bildirilir. Nottingemşir polisinin məlumatına görə, bazar günü axşam saatlarında şəhərin Radford rayonunda avtomobilin saxlanılması nəticəsində 27 və 25 yaşlı 2 qadın, həmçinin 24 yaşlı kişi həbs edilib. Bu gün səhər saatlarında isə Bedfordşir qraflığında 30 yaşlı daha bir kişi saxlanılıb.

27 yaşlı qadın qəsdən ağır bədən xəsarəti yetirmək və insan həyatı üçün təhlükə yaratmaq məqsədilə odlu silah saxlamaqda şübhəli bilinir. Digər 3 nəfər isə cinayət törətmiş şəxsə yardım etməkdə şübhəli bilinərək saxlanılıblar.

Nottingemşir polis rəisinin köməkçisi Kler Rukas bildirib ki, təcrübəli müstəntiqlərdən ibarət qrup hadisənin başvermə şəraitini və sonrakı prosesləri müəyyənləşdirmək üçün araşdırmaları davam etdirir.

Paylaş:
Baxılıb: 18 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31