Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

18.10.2026 [19:17]

Fransada baş verən iğtişaşlar zamanı 150 polis və jandarma əməkdaşı yaralanıb.

AZƏRTAC xəbər verir ki, "Le Figaro" qəzetinin məlumatına görə, bu barədə ölkənin Baş naziri Sebastyan Lekornu bildirib.

Baş nazirin sözlərinə görə, nümayişlər gedişində təxminən 1200 nəfər saxlanılıb.

Fransa Prezidenti Emmanuel Makron iğtişaş və qarət hallarda iştirak edənlərin qanun qarşısında cavab verəcəklərini və məsuliyyətə cəlb olunacaqlarını vəd edib.

Qeyd edək ki, şənbə günü ölkə ərazisində həyat səviyyəsinin bahalaşmasına və qiymət artımına qarşı keçirilən kütləvi nümayişlərə 500 mindən artıq şəxs qatılıb.

Paylaş:
Baxılıb: 42 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Sosial

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

17 Oktyabr 08:35  

YAP xəbərləri

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31