Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AK Partidə "sarılıq" sindromu

AK Partidə "sarılıq" sindromu

19.10.2026 [13:02]


Rənglər həyatın harmoniyasıdır. Rəngsiz və ya birrəng həyat yeksənaq olduğu qədər cansıxıcıdır. Göyün üzü mavi olanda insana xoş əhval ruhiyyə bəxş edir. Maviyə boz qatılanda ürək sıxılır. Qırmızı mübarizə simvoludur. Qırmızıya qara qatılanda insanın qanı da qaralır. Yaşıl təmkinliyi, sakitliyi, həyatı simvolizə edir.

Yaşıla sarı qatılanda…

Azərbaycan müstəqillik əldə etdikdən az sonra həyatında rənglərin harmoniyası qarışmışdı. Səmasının mavisinə boz duman qatılmışdı, mübarizəsinin qırmızısına qara qüvvələr müdaxilə etmişdi, yaşılına isə təzə-təzə sarı rəng qatılırdı. Üstündən illər keçdi. Bu illər bizim həyatımızın illəri idi və səmamızı təmizləyənə qədər, mübarizəmizi qətiləşdirənə qədər çox imtahandan keçdik. Nəhayət bu günümzə gəldik çıxdıq. Qələbə, Zəfər qazanan bir dövlətə çevrildik. Səmamız mavi rənginə qovuşdu, mübarizəmiz nəticə verdi… 

Artıq həyat dəyişib. Tək bizdə yox, bütün dünyada dəyişib. Azərbaycan üçün də yeniliklər çoxdur - ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olunub. Bakı bütün dünya üçün yeni bir dünya yaratmaq uğrunda mübarizə aparır. Kiçicik bir ərazidə – Cənubi Qafqazda bütün dünya üçün nümunə olacaq hadisələr baş verir. Yüz ilin düşmənləri masa arxasında gələcək haqqında danışır. Yüz ilin düşmənləri Zəngəzur Dəhlizindən birgə istifadə üçün təkliflər hazırlayır. Yüz ilin rəqibləri Bakının şərtləri ilə razılaşır...

Bakı isə öz növbəsində hər zaman beynəlxalq hüququ, dostluğu, qardaşlığı ön planda tutur. Bunu saysız misallarla sübut edə bilərik. Vaxtilə Türkiyənin daxilində siyasi qarşıdurmalar yaranan zaman, Türkiyənin səması "saralan" zaman Bakı həm mənəvi, həm də siyasi dəstəyini Ankaradan əsirgəməmişdi. Həmin vaxt Türkiyəyə qarşı ideoloji savaş açılmışdı. Biz bu savaşda Konstitusion dövlətin yanında səf tutmuşduq və birmənalı mövqe ortaya qoymuşduq. Daha "əl üstə kimin əli" prinsipinə uyub qardaş ölkənin kürəyinə bir şapalaq da biz vurmaq istəməmişdik. Mövqeyimiz də bir idi, dəstəyimiz də bir idi… Bizim hər zaman sözümüz imzamız olub…

Azərbaycan hüquqi dövlətdir və hüquqla idarə edilir. Ölkədə hüququn aliliyi təmin olunur. Ali hakimiyyət xalqın iradəsini, dövlətin təhlükəsizliyini ön planda saxlayır. Azərbaycan bugünki qarışılıq dünyada sabitlik adasıdır. Ölkəmizdə dini, siyasi qarşıdurmalar yoxdur. Azərbaycanda hər kə s sərbəst yaşamaq hüququndan ən ali dərəcədə istifadə edir. Amma bu hansısa bir dövlətin – hətta ən yaxınımız olmasına baxmayaraq özündə ölkəmizin daxili işlərinə qarşımaq kimi bir hiss oyandırmamalıdır və oyandıra da bilməz. "Sarı" xislətini ortaya qoyanlar sarılığın nə qədər ağır bir xəstəlik olmasından deyəsən xəbərsizdirlər. Bu xəstəlik həmin orqanizmə tez yayılır – bütövlükdə insan saralır. Sarılıq insanı qəflətə yuvarlayır və keçmişini xatırlamasına "mane olur". 
Azərbaycan özünün inkişaf prioritetlərini heç bir zaman şəxsi mənada formalaşdırmayıb. Lap keçmişə getməyək, elə yaxın taraximizə baxaq: hətta ən çətin anlarımızda belə - 1994-cü ildə belə biz Qərb dünyası ilə neft sazişi imzalayan zaman yolumuzu dostlarımızın, qardaşlarımızın yolu ilə uzlaşdırdıq. ..

Təəssüfləndirici haldır ki, Türkiyənin iqtidar partiyası olan AK Partidə də "sarılıq" sindromu hökm sürməkdədir. Əks halda partiyanın üzvü olan, dövlətin ən üst vəzifələrindən birində təmsil olunan Oktay Saral Azərbaycanın daxili işlərinə qarışmazdı. 

Bəli, sarı rəng şən rəng sayılır...
O, xoş hisslər yaradır...

Amma başqa rənglərlə qarışdırıldıqda əks emosiyalar yaradır...
Məsələn, yaşıla çalan sarı yalanı, paxıllığı simvolizə edir...

Saralın, ağarın , bozarın...

Amma sarıyla yaşılı qarışdırmayın!.

P. İSMAYILOV

Paylaş:
Baxılıb: 126 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Sosial

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

17 Oktyabr 08:35  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31