Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Özbəkistan nadir minerallar üzrə ABŞ ilə strateji tərəfdaşlığın inkişafını təklif edib

Özbəkistan nadir minerallar üzrə ABŞ ilə strateji tərəfdaşlığın inkişafını təklif edib

19.10.2026 [17:16]

Özbəkistan Mərkəzi Asiya-ABŞ tərəfdaşlığında nadir minerallar sahəsində əməkdaşlığı əsas prioritetə çevirməyi təklif edib.

AZƏRTAC “Gazeta.uz” nəşrinə istinadla xəbər verir ki, bunu Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Mərkəzi Asiya və ABŞ xarici işlər nazirlərinin Səmərqənddə keçirilən “C5+1” görüşündə bildirib.

Nazir qeyd edib: “Əsas prioritetlərimizdən biri olaraq, mineral xammalın geoloji kəşfiyyatı və emalından tutmuş yerli sənaye klasterlərinin yaradılmasına qədər nadir minerallar sahəsində strateji tərəfdaşlığın inkişaf etdirilməsini təklif edirik”.

O əlavə edib ki, Mərkəzi Asiya zəngin təbii sərvətlərə, böyüyən bazarlara və insan kapitalına, ABŞ isə qabaqcıl texnologiyalara, investisiya kapitalına, sahibkarlıq təcrübəsinə malikdir. Xarici işlər naziri vurğulayıb ki, 2015-ci ildə Səmərqənddə keçirilən ilk “C5+1” görüşündən bəri Mərkəzi Asiya daha da güclənib, birləşib və öz gələcəyini müstəqil şəkildə müəyyən etmək qabiliyyətinə çatıb.

Saidov bildirib ki, Özbəkistan “C5+1” Katibliyinin həmsədri vəzifəsini öz üzərinə götürərək əldə edilən razılaşmaların praktiki həyata keçirilməsinə diqqət yetirmək niyyətindədir.

Paylaş:
Baxılıb: 56 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31