YAP tarixə qələbələr partiyası kimi düşüb
18.02.2014 [09:22]
Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının yaranmasının 21 illiyi qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının yaranmasının 21 illiyi qeyd olunub. Əvvəlcə partiya üzvləri və şəhər ictimaiyyətinin nümayəndələri Ümummilli liderimiz Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, Ulu öndərin əziz xatirəsini yad ediblər.
Tədbiri giriş sözü ilə açan, YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov partiya üzvlərini şəhər təşkilatının yaranmasının 21 illiyi münasibəti ilə təbrik edib və Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP-ın ölkəmizin inkişafındakı böyük rolundan danışıb. Onun sözlərinə görə, YAP tarixə qələbələr partiyası kimi düşüb.
Çıxışında ölkə Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, həmçinin, Mingəçevir şəhərində aparılan quruculuq-abadlıq işləri haqqında da danışan Cavanşir Yusubov daha sonra YAP Mingəçevir şəhər təşkilatının 2013-cü il ərzindəki fəaliyyətinə dair geniş hesabat verib. Qeyd edilib ki, ötən il ərzində Mingəçevirdə 249 nəfər partiya üzvlüyünə qəbul olunub: “Bununla da, şəhər təşkilatında partiya üzvlərinin sayı 1 yanvar 2014-cü il tarixə 6585 nəfər olub. Bundan 3792 nəfəri qadın, 2786 nəfəri isə gəncdir. Partiya üzvlüyünə qəbul edilən 249 nəfərdən 138-i qadın, 121 nəfəri isə gəncdir”.
Həmişə olduğu kimi, 2013-cü ildə də partiyadaxili işlərə daimi diqqət yetirilib, daxili nizam-intizam məsələləri nəzarətdə saxlanılıb. Onun sözlərinə görə, 2013-cü ildə siyasi partiya kimi diqqət yetirilən ən əsas məsələlərdən biri də prezident seçkilərinə hazırlıq və seçkilərin keçirilməsi ilə bağlı olub: “Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin Mingəçevir şəhəri üzrə Seçki Qərargahı öz işini Mərkəzi Aparatın və Mərkəzi Seçki Qərargahının tövsiyə və tapşırığı əsasında təsdiq etdiyi iş planına əsasən uğurlu olaraq iki mərhələ ilə həyata keçirib. Azərbaycan Respublkasında seçki ilə əlaqədar ərazi ilk partiya təşkilatlarında yığıncaqlar keçirilərək prezident seçkilərinə hazırlıqla bağlı və seçkilər günü hər bir partiya üzvünün qarşısında duran vəzifələr müəyyən edilib. Beləliklə, istər seçki öncəsi YAP-ın namizədinin təbliğat-təşviqat kampaniyası zamanı, istərsə də, seçki günü aktivlik çox yüksək səviyyədə müşahidə olunub və mingəçevirlilər də ölkəmizə möhtəşəm uğurlar qazandırmış siyasətin davamına-cənab İlham Əliyevə səs veriblər”.
Çıxışının sonunda YAP Mingəçevir şəhər təşkilatının 2014-cü il üçün fəaliyyət planı haqqında da məlumat verən natiq qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə əminliyini ifadə edib.
Tədbirdə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, YAP Mingəçevir şəhər təşkilatının sədr müavini İlham İsmayılov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin nəticəsində əldə edilən uğurlardan danışıb. Natiq deyib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan və hazırda Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP hər zaman Azərbaycan xalqına xidmət edib. Bu siyasəti ürəkdən bəyənən Mingəçevir sakinləri YAP-ın siyasi xəttinə sadiqlik nümayiş etdirirlər.
Sonra YAP Mingəçevir şəhər təşkilatı Qadınlar Şurasının sədri Ofelya Əzizova çıxış edərək Şuranın fəaliyyəti barədə məlumat verib.
Tədbirin sonunda 2013-cü ildə fərqlənən partiya üzvlərinə şəhər təşkilatının fəxri fərmanları və partiya üzvlüyünə qəbul edilən gənclərə partiya vəsiqələri verilib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

