Mühüm platforma
15.07.2026 [12:27]
Məlum olduğu kimi, Prezident İlham Əliyevin dəvəti ilə Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin ölkəmizə rəsmi səfəri iki dövlət arasında münasibətlərin dinamik inkişafını təsdiqləyir. Qeyd edək ki, səfərin ilk gününün məhz Qarabağda, Şuşada başlaması isə həm siyasi, həm də simvolik baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu, Slovakiyanın Azərbaycanın ərazi bütövlüyünə və Qarabağda aparılan bərpa-quruculuq prosesinə verdiyi dəstəyin növbəti təsdiqi olmaqla yanaşı, tərəflər arasında formalaşmış yüksək etimadın göstəricisidir.
Xüsusilə qeyd edək ki, Şuşada mətbuata bəyanatlarla çıxış edən prezidentlər ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq məzmunu qazandığını vurğulayıblar. Dövlət başçıları siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, müdafiə sənayesi, humanitar əlaqələr, nəqliyyat və logistika sahəsi ilə bağlı geniş gündəlik üzrə fikir mübadiləsi apardılar. Prezident İlham Əliyev qeyd etdi ki, son illər Bakı ilə Bratislava arasında siyasi təmaslar intensiv xarakter alıb. 2024-cü ildə Azərbaycan Prezidentinin Slovakiyaya rəsmi səfəri zamanı imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamə də münasibətlərin inkişafında yeni mərhələ açıb. Bu sənəd artıq real nəticələr verməkdədir, qarşılıqlı səfərlərin intensivləşməsi, birgə layihələrin həyata keçirilməsi bunun bariz nümunəsidir.
Onu da qeyd edək ki, dövlət başçısı Slovakiyanın Qarabağın yenidən qurulmasına verdiyi töhfəni yüksək qiymətləndirib. Slovakiya şirkətlərinin Ağdamın Baş Qərvənd kəndində həyata keçirdiyi "ağıllı kənd" layihəsi dost ölkənin Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa prosesinə verdiyi praktiki dəstəyin ifadəsidir. Prezidentlər sözügedən layihə ilə yerində tanış oldular. Bu da əməkdaşlığa verilən önəmin göstəricisidir. Slovakiya Prezidenti Qarabağda qısa müddət ərzində həyata keçirilən genişmiqyaslı quruculuq işlərini yüksək qiymətləndirdi. O, ölkəsini təmsil edən şirkətlərin Qarabağda həyata keçirilən layihələrdə iştirakından qürur duyduğunu bildirərək, gələcəkdə bu əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə etdi. Liderlərin bəyanatından da aydın oldu ki, Azərbaycan ilə Slovakiya arasında imzalanmış strateji tərəfdaşlıq sənədi formal xarakter daşımır. İki ölkə arasında münasibətlər konkret layihələr, qarşılıqlı etimad və ortaq maraqlar üzərində qurulub. Bratislava Bakının regionda sabitliyin qorunmasında, Şərqlə Qərbi birləşdirən nəqliyyat-logistika marşrutlarının inkişafında rolunu xüsusi qiymtləndirir.
Məlumdur ki, səfər zamanı enerji əməkdaşlığı da əsas müzakirə mövzularından biri olub. Slovakiya Avropada enerji böhranı dövründə Azərbaycanın təbii qaz tədarükü ilə bağlı operativ mövqeyini yüksək qiymətləndirir. İki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi də səfərin əsas istiqamətlərindən biridir. Bakıda keçiriləcək Azərbaycan-Slovakiya Biznes-Forumu yeni investisiya layihələrinin müəyyənləşdirilməsi və işgüzar dairələr arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm platforma olacaq. Hər iki tərəf münasibətlərin yalnız ticarət əlaqələri ilə məhdudlaşmamasını, birgə istehsal, texnologiya transferi və qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsini prioritet hesab etdiyini bildirdi. Təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq da görüşün mühüm nəticələrindən biri kimi diqqət çəkdi. Slovakiya şirkətləri bu ilin sentyabrında Bakıda keçiriləcək beynəlxalq müdafiə sərgisində iştirak edəcəklər. Müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Yeri gəlmişkən, beynəlxalq təhlükəsizlik məsələlərinə gəlincə, Prezident İlham Əliyevin dialoq və sabitlik naminə göstərdiyi səylər rəsmi Bratislava tərəfindən təqdir olunur.
Ən əsası, Şuşada keçirilən görüş və mətbuata verilən bəyanatlar göstərdi ki, qarşılıqlı siyasi etimad, iqtisadi əməkdaşlığın genişlənməsi, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, müdafiə sənayesi və humanitar əlaqələr üzrə əldə olunan razılaşmalar strateji tərəfdaşlığın praktiki məzmununu daha da zənginləşdirir.
Firəddin Əhmədov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon Təhsil Sektoru ərazi partiya təşkilatının üzvü, partiya veteranı
Xəbər lenti
Hamısına baxİdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49

