Tovuz döyüşləri ölkəmizin hərb tarixinə Zəfərin başlanğıcı kimi yazıldı
13.07.2026 [11:52]
Məlumdur ki, 2020-ci ilin iyulun 12-də baş vermiş Tovuz döyüşləri ölkəmizin müasir hərb tarixinin ən mühüm hadisələrindən biri kimi yadda qaldı. Dövlət sərhədində baş verən bu döyüşlər təkcə Ermənistanın növbəti təxribatının qarşısının alınması ilə nəticələnmədi, Azərbaycan Ordusunun gücünü, xalqın həmrəyliyini və dövlətin qətiyyətini dünyaya nümayiş etdirdi. Tovuz döyüşləri ilə başlayan şərəfli yol sentyabrın 27-də böyük zəfərin başlanğıcı oldu.
Yeri gəlmişkən, Tovuz döyüşlərdən 6 il ötür. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti və şəhadəti şərəf sayan xalqımızın vəhdəti hesabına Vətən müharibəsindəki qələbəyə aparan yolun təməli məhz Tovuz döyüşlərində qoyuldu. Tovuz rayonu Azərbaycan-Ermənistan dövlət sərhədinin 69 kilometrini təşkil edir və olduqca strateji mövqedə yerləşir. Bu ərazidə Əlibəyli, Ağdam, eləcə də dağlıq ərazidə yerləşən digər kəndlər mövcuddur. 1990-cı illərdən etibarən bu bölgə Azərbaycan Ordusu, həmçinin burada yaşayan sakinlər tərəfindən yüksək səviyyədə qorunub. Bölgədəki yüksəkliklər o qədər əlverişlidir ki, buradan 25 kilometrlik ərazini müşahidə etmək mümkündür. Tovuz strateji əhəmiyyətə malik olduğuna görə Ermənistan bu ərazini ələ keçirməyə çalışmışdı. Bakı-Tbilisi-Qars dəmir yolu, enerji və digər mühüm kommunikasiya xətləri məhz bu ərazidən keçir. Ermənistan həmin obyektləri vurmağa risk etməsə də, onlara nəzarəti təmin etmək üçün strateji yüksəklikləri ələ keçirmək istəyirdi.
Qeyd edək ki, 2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələri Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində, Qaraqaya ərazisində təxribat törətdilər. Ermənistan bu strateji əhəmiyyətli nöqtəni ələ keçirməklə, Tovuz rayonuna və digər mühüm məntəqələrə nəzarət etməyə çalışırdı. Lakin bütün bu cəhdlərin qarşısı qətiyyətlə alındı. Tovuz döyüşləri zamanı heç kim öz doğma torpağını tərk etmədi. Sərhəd kəndləri olan Ağdam, Əlibəyli, Hacıalılı və digər yaşayış məntəqələrinin sakinlərindən bir nəfər belə evindən çıxmadı. Azərbaycanın hər yerindən insanlar həm yardım göstərmək, həm də döyüşlərdə iştirak etmək üçün Tovuza axışırdılar. Xüsusi xidmət və digər hüquq-mühafizə orqanları üzərlərinə düşən vəzifələri peşəkarlıqla yerinə yetirdilər.
Onu da qeyd edək ki, Ermənistan proseslərə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) da cəlb etmək istəyirdi. Onlar bilirdilər ki, Azərbaycan cavab atəşi açacaq. Ermənilərin məqsədi bundan istifadə edib təşkilatın müdaxiləsinə nail olmaq idi. Ermənistan bu oyuna Rusiyanı da daxil etməyə çalışsa da, bütün cəhdləri nəticəsiz qaldı. Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun qüdrəti və peşəkarlığı, xalqın isə birliyi bir daha nümayiş olundu. Döyüşlər Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməsi, Azərbaycan Ordusunun mövqelərini və dinc əhalini atəşə tutması ilə başladı. Döyüşlərə başlayandan əvvəl - son iki gündə Ermənistan atəşkəsi 105 dəfə pozmuşdu. Bu hadisələr Ermənistanın Azərbaycana qarşı əvvəlcədən planlaşdırdığı genişmiqyaslı təxribat idi. Lakin Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistanın hücum cəhdinin qarşısı alındı. Qüdrətli Azərbaycan Ordusunun düşmənə layiqli cavab verməsi nəticəsində Ermənistan silahlı qüvvələri aciz qalaraq geri çəkilməyə başlayıb. Tovuz döyüşləri iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı və biz tərəfdən heç bir ərazi itkisi olmadı. Bu döyüşlər İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Zəfərinin təməlini qoydu. Azərbaycan hərbçiləri döyüşlərdə böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdilər. Təəssüf ki, şəhidlərimiz də oldu. Ordumuzun 12 hərbi qulluqçusu, o cümlədən general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər zabitlərimiz qəhrəmancasına şəhid oldular. Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Polad Həşimova və İlqar Mirzəyevə Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin artilleriya və minaatanlardan açdığı atəş nəticəsində Tovuz rayonunun Ermənistanla həm sərhəddə yerləşən, həm də sərhəddən aralı olan Dondar Quşçu, Ağdam, Əlibəyli və digər kəndlərində mülki obyektlərə və yaşayış evlərinə ciddi ziyan dəydi. Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən həmin binalar və obyektlər sonradan bərpa olundu.
Xüsusilə qeyd etmək lazımdır ki, iyul döyüşlərindən təxminən iki ay sonra Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayaraq 44 günlük Vətən müharibəsində düşməni məğlub etdi. Ermənistan ordusu haqqında yaradılmış miflər darmadağın edildi. Xankəndidə keçirilən antiterror tədbirlərindən sonra Azərbaycan bayrağı ucaldıldı. Bununla dünyaya bir daha göstərildi ki, Azərbaycan həm döyüş meydanında qələbə qazanmağa, həm də azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq işləri həyata keçirməyə qadirdir. Bu gün sərhəd xətti boyunca və digər həmsərhəd ərazilərdə müdafiə və quruculuq işləri davam etdirilir, sərhədlər möhkəmləndirilir.
Ən əsası, Tovuz döyüşləri Azərbaycanın hərb tarixinə Zəfərin başlanğıcı kimi yazıldı. İllər ötəcək, zaman keçəcək, Tovuz döyüşləri ölkəmizin hərb tarixində qəhrəmanlıq nümunəsi kimi daim xatırlanacaq!
Mübariz Qocayev,
YAP Göygöl rayon təşkilatı üzrə Dozular kənd ərazi partiya təşkilatının üzvü, partiya veteranı
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

