YAP Gənclər Birliyinin “Qış məktəbi” layihəsinə start verilib
07.02.2014 [09:17]
Siyavuş Novruzov: Partiyamız fəaliyyətində gənclərlə işin daha da gücləndirilməsinə xüsusi diqqət yetirir
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Qış məktəbi” layihəsinə start verilib. “Gənc liderlər”, gənc siyasətçilər üçün “Qış məktəbi” 10-14 fevral tarixlərində Oğuz rayonu, “Afra” otelində reallaşdırılacaq. Builki “Qış məktəbi”ndə Bakı və Sumqayıt şəhərlərini, Abşeron rayonunu təmsil edən 100 nəfərə yaxın fəal gənc iştirak edəcək.
Layihəyə start verilməsi ilə əlaqədar olaraq dünən YAP İcra katibliyində “Qış məktəbi”ndə iştirak edəcək gənclərlə görüş keçirilib. Görüşdə çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov “Qış məktəbi”nin iştirakçılarına uğurlar arzulayıb. Layihənin məqsədləri barədə danışan Siyavuş Novruzov qeyd edib ki, belə layihələr vasitəsilə gənclərin potensialı, bacarıqları üzə çıxarılır. Onun sözlərinə görə, gənc siyasətçilərin formalaşmasında da bu tipli layihələr vacib rol oynayır. Ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin həyata keçirildiyini deyən YAP İcra katibinin müavini partiyamızın bu siyasətin reallaşmasında yaxından iştirak etdiyini diqqətə çatdırıb. S.Novruzov bildirib ki, partiyamız fəaliyyətində gənclərlə işin daha da gücləndirilməsinə xüsusi diqqət yetirir.
“YAP İdarə Heyətinin qərarı ilə partiyanın Gənclər, İdman və Mədəniyyət məsələləri komissiyası yaradılıb. Bu komissiya da gənclərlə iş istiqamətində müxtəlif layihələr hazırlayaraq həyata keçirəcək. Bununla da, bizim gənclərlə bağlı siyasətimiz daha da genişlənmiş olacaq. Hesab edirəm ki, gənclər bu yöndə görülən işlərdə fəal iştirak etməlidirlər. Bu mənada, “Qış məktəbi”ində iştirak edəcək gənclərə uğurlar arzulayıram. Onlar layihə çərçivəsində proqramlara uyğun olaraq müxtəlif seminarlar, təlimlər, disskusiyalar təşkil edəcək, eyni zamanda asudə vaxtlarını səmərəli keçirə biləcəklər. Bütün bu proseslərdə fəal iştirak etməklə yanaşı, gənclər intizamlı olmalıdırlar. Çünki partiyamızda nizam-intizam məsələlərinə ciddi diqqət yetirilir” - deyə, YAP İcra katibinin müavini vurğulayıb. S.Novruzov bildirib ki, bu layihələr vasitəsilə gənclər bir-birilərilə tanış olur, dostluq münasibəti yaradırlar. YAP gənclərinin sosial şəbəkələrdə də fəal olduğunu deyən millət vəkilinin sözlərinə görə, “Qış məktəbi” çərçivəsində keçiriləcək tədbirlər gənclər üçün çox faydalıdır. Belə ki, siyasi, sosial və digər sahələrlə əlaqədar proqramlar hazırlanacaq və həmin proqramlarda Milli Məclisin deputatları da iştirak edəcəklər. Eyni zamanda, gənclər üçün intellektual, idman yarışları və asudə vaxtlarını səmərəli keçirmək üçün başqa tədbirlər də reallaşdırılacaq. “Dediyim kimi layihənin məqsədi gənclərin həm asudə vaxtlarını yaxşı keçirmələri, bir-birilə təmas, münasibət qurmaları, eləcə də, onlar üçün intellektual və əyləncəli yarışların, idman oyunlarının təşkilidir. Layihə çərçivəsində YAP-ı təmsil edən deputatlar, eləcə də, hökumət nümayəndələri gənclərin qonağı olurlar. Onlar müxtəlif mövzular ətrafında fikirlərini bölüşür, gəncləri maraqlandıran suallara cavab verirlər. Təbii ki, bütün bunlar gənclərdə böyük marağa və yaddaqalan xatirələrə çevrilir. Eyni zamanda, gənclərlə iş baxımından da, bu layihənin əhəmiyyəti xüsusi qiymətləndirilir” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
S.Novruzov “Qış məktəbi”ndə iştirak edəcək gənclərə müvafiq tövsiyələr verib.
YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov bu layihələrin əhəmiyyətli olduğunu qeyd edib. Partiya rəhbərliyinin gənclərin təşəbbüslərinə daim dəstək verdiyini deyən S.Orucov bildirib ki, gənclər öz fəaliyyətləri ilə göstərilən etimadı doğrultmalıdırlar.
Çıxış edən gənclər isə Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı həyata keçirdiyi tədbirləri yüksək qiymətləndiriblər. Bildirilib ki, “Qış məktəbi” layihəsi də gənclərin siyasi fəaliyyətinin formalaşmasına müsbət təsir göstərir.
Qeyd edək ki, YAP Gənclər Birliyinin “Qış məktəbi”ndə iştirak edəcək qrupun rəhbəri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadədir. Layihə ilə bağlı digər məsul şəxslər isə YAP Mərkəzi Aparatının məsul əməkdaşı Emil Abbasov, YAP Gənclər Birliyinin sədr müavinləri, partiyanın Siyasi Şurasının üzvləri Samirə Quliyeva və Ramin Məmmədovdur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43

