Azərbaycan-Türkmənistan münasibətlərinin yeni yol xəritəsi
25.06.2026 [12:02]
Azərbaycan Respublikası ilə Türkmənistan arasında münasibətlər qədim tarixi köklərə, ortaq mədəni irsə, dil və mənəvi dəyərlərə əsaslanır. Hər iki xalq türk dünyasının ayrılmaz hissəsi kimi əsrlər boyu dostluq və qarşılıqlı hörmət şəraitində yaşamış, bu ənənələr müasir dövrdə dövlətlərarası münasibətlərin formalaşmasına və inkişafına mühüm təsir göstərmişdir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərindədə yüksək dinamika müşahidə olunur. Prezident İlham Əliyev tərəfindən Türkmənistana həyata keçirilən 2 rəsmi və 5 işgüzar səfər, eləcə də onun 2025-ci ilin avqust ayında Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası, Türkmənistan və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşdə iştirakı Bakının bu istiqamətə verdiyi önəmin göstəricisidir. Həmin səfərlər zamanı Prezidentlərin təkbətək və geniş tərkibdə keçirdiyi görüşlərdə, mətbuata bəyanatlarında səsləndirdikləri çağırışlar və onlara nail olmaq üçün vahid mövqenin ortaya qoyulması, imzalanan sənədlər əlaqələrin inkişafında yol xəritəsi kimi dəyərləndirilir.
Türkmənistan Prezidentinin ölkəmizə dövlət səfəri də bu baxımdan diqqətdə oldu. Belə ki, Azərbaycan və Türkmənistan Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri keçirildi, mətbuata birgə bəyanatlarla çıxış etdilər. Ali səviyyəli bu təmaslar və səsləndirilən fikirlər həm də onu sübut edir ki, Azərbaycan və Türkmənistan artıq lokal çərçivədən çıxaraq, beynəlxalq arenada mühüm geoiqtisadi güc mərkəzləri statusunu qətiləşdiriblər.
Türkmənistanın Qarabağın bərpasına verdiyi dəstək də ikitərəfli münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. Füzuli şəhərində inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi qardaş ölkənin Azərbaycan xalqına olan dost münasibətinin və həmrəyliyinin bariz nümunəsidir. Bu kimi təşəbbüslər ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir.
Siyasi sahədə Azərbaycan və Türkmənistan arasında münasibətlər yüksək səviyyədədir. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Regional və beynəlxalq məsələlərdə ortaq mövqelərin nümayiş etdirilməsi qarşılıqlı etimadın və tərəfdaşlığın göstəricisidir. Dövlətlər arasında formalaşmış siyasi dialoq münasibətlərin daha da inkişaf etdirilməsi üçün etibarlı zəmin yaradır.
İqtisadi əməkdaşlıq ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biridir. Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi və yeni biznes əlaqələrinin qurulması istiqamətində ardıcıl iş aparılır. Hər iki ölkə öz iqtisadi potensialından səmərəli istifadə etməklə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsində maraqlıdır.
Paytaxtda keçirilən yüksək səviyyəli qapalı və geniş tərkibli görüşlərdə əsas diqqət ikitərəfli siyasi əlaqələrə, ticarət dövriyyəsinin artırılmasına, enerji və nəqliyyat-logistika layihələrinə, həmçinin kənd təsərrüfatı, sənaye və humanitar kooperasiyaya yönəlib. Azərbaycan rəhbəri logistik tərəfdaşlığın gələcəyə hesablanmış xarakterini önə çəkərək, Bakı və Aşqabadın Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafındakı böyük payını xatırladıb. Danışıqlarda Xəzər hövzəsində yük axınının sürətləndirilməsi, limanların işinin koordinasiya edilməsi və Orta Dəhliz layihəsinin səmərəliliyinin artırılması əsas xətt kimi keçib. Qeyd olunan istiqamətlər təkcə regiondaxili inteqrasiyanı gücləndirmir, həm də Avrasiyanın ümumi tranzit arxitekturasını yenidən formalaşdırır.
Səfərin ən mühüm nəticələrindən biri də ikitərəfli əlaqələrin hüquqi təməlini genişləndirən yeni sənədlərin imzalanması olub. Həmin gün tərəflər geniş spektri əhatə edən əməkdaşlıq paketini mübadilə ediblər. Qəbul olunan sənədlər sırasında 2026–2028-ci illər üzrə sənaye kooperasiyası və XİN-lər arasında 2026–2029-cu illəri nəzərdə tutan birgə fəaliyyət proqramları xüsusi yer tutur. Bu yeni hüquqi paket iki qardaş dövlətin siyasi, iqtisadi və humanitar əlaqələrini daha mütəşəkkil və institusional səviyyəyə qaldırmağa hədəflənib.
Beləliklə, 22 iyun 2026-cı il tarixli Bakı sammiti Azərbaycan–Türkmənistan münasibətlərində yeni bir strateji dövrün başlanğıcı kimi tarixə düşdü. Prezident İlham Əliyevin bəyanatları bir daha təsdiqlədi ki, iki ölkə arasındakı əlaqələr hazırda özünün ən yüksək inkişaf zirvəsindədir. Bu mütəşəkkil tərəfdaşlıq təkcə hər iki dövlətin tərəqqisinə deyil, bütövlükdə Avrasiya regionunda təhlükəsizliyin, sabitliyin və dayanıqlı iqtisadi artımın təmin olunmasına mühüm töhfə verir.
Ölkələrimiz arasında müxtəlif sahələrdə genişlənən və daha da dərinləşən əməkdaşlıq münasibətləri onu deməyə əsas verir ki, dost və qardaş ölkələr olan Azərbaycan və Türkmənistan indiyədək əldə olunan dinamikanı bundan sonra da artıracaq və yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirəcəklər. Azərbaycan və Türkmənistanın formalaşdırdığı strateji xətt təkcə iki ölkənin deyil, bütövlükdə Trans-Xəzər regionunun təhlükəsizlik, nəqliyyat və enerji xəritəsini yenidən formalaşdırır.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45

