Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan güləşçilərinin möhtəşəm qələbəsi

Azərbaycan güləşçilərinin möhtəşəm qələbəsi

01.05.2026 [11:38]

Milli komandamızın Tiranada keçirilən Avropa çempionatında qazandığı qələbə Azərbaycan idmanının yüksək inkişaf səviyyəsini və güləşçilərimizin gücünü bir daha nümayiş etdirdi. Bu uğur təsadüfi deyil, uzun illər aparılan məqsədyönlü hazırlığın, zəhmətin və peşəkar yanaşmanın məntiqi nəticəsidir.

Müasir dövrdə güləş üzrə rəqabət həm Avropada, həm də dünyada xeyli güclənib. Bir çox ölkələrin tanınmış və təcrübəli idmançıları yüksək nəticələr göstərirlər. Belə bir şəraitdə Azərbaycan güləşçilərinin komanda hesabında birinci olması onların həm fiziki, həm də mənəvi baxımdan üstün olduqlarını sübut edir. Yarışlar zamanı idmançılarımızın nümayiş etdirdiyi dözümlülük, iradə və taktiki bacarıq xüsusi qeyd olunmalıdır.

Bu qələbə eyni zamanda ölkəmizdə idmana göstərilən diqqət və qayğının bariz nümunəsidir. Dövlət tərəfindən yaradılan şərait, müasir idman infrastrukturu və məşq prosesinə verilən dəstək bu kimi uğurların əldə olunmasında mühüm rol oynayır. Bununla yanaşı, bu nailiyyət gənc nəslin idmana marağını artırır və onları sağlam həyat tərzinə yönləndirir.

Hesab edirəm ki, əldə olunan bu böyük qələbə gələcək uğurlar üçün möhkəm zəmin yaradır. Azərbaycan idmançıları bundan sonra da beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edəcək, yeni zirvələr fəth edəcəklər. Bu cür nailiyyətlər hər birimizdə qürur hissi doğurur və milli birliyimizi daha da gücləndirir.

Kərimli Elvin

Yap Ordubad Rayon Təşkilatının əməkdaşı                                  

Paylaş:
Baxılıb: 146 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31