/ / Daşkəsəndə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü qeyd olunub
Daşkəsəndə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü qeyd olunub
28.04.2026 [16:41]
Aprelin 28-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, YAP Daşkəsən rayon təşkilatının, Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin və Daşkəsən Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbir keçirilib.
Daşkəsən rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov görkəmli akademik Zərifə xanım Əliyevanın həyat yolu və elmi fəaliyyətindən bəhs edən geniş məruzə ilə çıxış edib. Orxan Abbasov məruzəsində vurğulayıb ki, Zərifə xanım Əliyeva yalnız alim, həkim deyildi. O, yüksək mənəviyyata, əxlaqi bütövlüyə malik insan idi. Əsl ziyalıya xas olan sadəlik, təvazökarlıq, insana dərin sevgi onun təbiətində idi. Xəstələrinin ona göstərdiyi hörmət, tələbələrinin onunla qürur duyması, onu tanıyan hər kəsin dilindən düşməyən gözəl xatirələr Zərifə xanımın necə yüksək bir şəxsiyyət olduğunu göstərir. Zərifə xanım Əliyeva həm də böyük bir ailənin mənəvi dayağı olmuşdur. Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı idi. Onların birgə həyatı – sevgi, qarşılıqlı hörmət, dəstək və anlayışın təcəssümüdür. Eyni zamanda, xalqına, dövlətinə fədakarcasına xidmət edən iki böyük vətənpərvər nəcib insanın birliyindən doğan dostluq, həmrəylik və mənəvi tamamlamadır. Zərifə xanım həm də övladlarına bağlı qayğıkeş bir ana idi. O, Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident cənab İlham Əliyevin anasıdır. Ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində Ulu Öndər Heydər Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsirini görürük. Ölkəmizdə səhiyyə sahəsində qazanılan nailiyyətlərdə Heydər Əliyev Fondunun, onun prezidenti hörmətli Mehriban xanım Əliyevanın da böyük zəhməti var. Ümumiyyətlə, Mehriban xanımın rəhbərliyi ilə Ulu Öndərin adını daşıyan Fondun həyata keçirdiyi humanitar layihələr xalqımız tərəfindən yüksək qiymətləndirilir və eyni irsin davamı olaraq minnətdarlıqla qarşılanır. Beləliklə, ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, həkimliyin müqəddəsliyi Zərifə xanımın adı ilə əbədiləşir. Biz, Daşkəsənlilər də akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünü böyük ehtiramla qeyd edir və onun müqəddəs nurlu xatirəsini dərin məhəbbətlə anırıq.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev çıxışında bildirib ki, akademik Zərifə xanım Əliyeva Azərbaycan tibb elminin inkişafına mühüm töhfələr vermiş, oftalmologiya sahəsində əldə etdiyi nailiyyətlərlə yalnız ölkəmizdə deyil, beynəlxalq elmi ictimaiyyətdə də böyük nüfuz qazanmışdır. Zərifə xanımın zəngin elmi irsi, yüksək mənəvi keyfiyyətləri və insanlara olan qayğıkeş münasibəti hər bir tibb işçisi üçün örnəkdir və onun xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri, oftalmoloq Elnaz Əlyarbəyova isə diqqətə çatdırıb ki, görkəmli akademik Zərifə xanım Əliyevanın oftalmologiya sahəsində apardığı elmi tədqiqatlar bu gün də öz aktuallığını qoruyur. Onun müəllifi olduğu elmi əsərlər, xüsusilə peşə xəstəlikləri ilə bağlı araşdırmaları müasir tibb elmi üçün dəyərli mənbədir və gənc həkimlər tərəfindən böyük maraqla öyrənilir.
Sonda akademik Zərifə xanım Əliyevanın zəngin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub, “Akademik Zərifə xanım Əliyeva – 103” adlı kitab sərgisinə baxış keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

