Tarixin acı həqiqətləri unudulmur
31.03.2026 [20:43]
Səyyad Mirzəyev
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsədə bu mümkün olmadı. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirdilər. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Ümummilli lider Heydər Əliyev 31 mart - “Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar deyib: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”. 31 mart Azərbaycan xalqının yaddaşına qanla yazılmış, milli faciənin simvoluna çevrilmiş bir tarixdir. Bu gün xalqımızın tarixində silinməz iz buraxmış hadisələrin xatırlanması baxımından xüsusi əhəmiyyət daşıyır. Quba bölgəsində aşkar olunmuş kütləvi məzarlıq bu faciənin miqyasını və qəddarlığını bir daha dünyaya nümayiş etdirir. Bu qırğınlar əvvəlcədən planlaşdırılmış və məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə siyasətinin tərkib hissəsi olub.
Bu faciələr təkcə insan itkisi ilə nəticələnməmiş, həm də xalqımızın mədəni irsinə ağır zərbə vurmuşdur. Məscidlər, məktəblər, tarixi abidələr dağıdılmış, bir çox yaşayış məntəqələri xəritədən silinmişdir. Bu isə bir xalqın yalnız fiziki yox, həm də mənəvi varlığının məhv edilməsinə yönəlmiş siyasətin göstəricisidir. Sovet dövründə bu hadisələr uzun illər gizlədilmiş, obyektiv araşdırılmasına imkan verilməmişdir. Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində mühüm addımlar atılmışdır. Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci ildə imzalanmış fərmanla 31 martın “Azərbaycanlıların Soyqırımı Günü” elan edilməsi bu hadisələrə siyasi-hüquqi qiymətin verilməsi baxımından mühüm mərhələ olmuşdur. Bu gün prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasət çərçivəsində də bu faciələrin beynəlxalq aləmdə tanıdılması istiqamətində ardıcıl iş aparılır. Xarici ölkələrdə keçirilən tədbirlər, nəşr olunan kitablar, sənədli filmlər və beynəlxalq konfranslar vasitəsilə Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır. 31 mart təkcə keçmişin acı xatirəsi deyil, həm də gələcək üçün mühüm dərsdir. Bu tarix xalqımızı birliyə, həmrəyliyə səsləyərək milli yaddaşın qorunmasının vacibliyini bir daha xatırladır.
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42

