Biz artıq sülhün üstünlüklərini görürük
17.03.2026 [14:52]
Azərbaycanın təcrübəsi isə bu baxımdan xüsusi diqqət çəkir. Ölkə təxminən 30 il ərzində ərazilərinin işğal altında qalması reallığı ilə üz-üzə idi. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan çıxarılmasını tələb edən qətnamələri illərlə kağız üzərində qaldı.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında qeyd etdi ki, müasir dövrdə təhlükəsizlik, sabitlik və müdafiə məsələləri dövlətlərin gündəliyində birinci dərəcəli prioritetə çevrilib. Qlobal geosiyasi qarşıdurmaların, regional münaqişələrin və yeni gərginlik ocaqlarının meydana çıxması beynəlxalq sistemdə ciddi qeyri-müəyyənlik yaradır. Belə şəraitdə iqtisadi inkişaf, sosial rifah və beynəlxalq əməkdaşlıq kimi məsələlərin effektiv həyata keçirilməsi üçün ilk növbədə təhlükəsizlik və sabitliyin təmin olunması vacibdir.
Bu baxımdan Azərbaycan öz milli təhlükəsizliyini təmin etməklə yanaşı, regionda sabitliyin formalaşmasına töhfə verən dövlət kimi çıxış edir. Dövlət başçısının qeyd etdiyi kimi, regional təhlükəsizlik məsələsi Azərbaycanın uzun illər ərzində əsas prioriteti olub.
Ölkə Prezidenti İlham Əliyevin çıxışında Azərbaycanın son otuz ildə keçdiyi yol mühüm siyasi təcrübə kimi təqdim olundu. Dövlət başçısı xatırlatdı ki, uzun müddət ərzində Azərbaycanın ərazisinin təxminən 20 faizi Ermənistan tərəfindən işğal altında saxlanılmışdı və bu müddətdə beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməmişdi. Dövlət başçısı çıxışında münaqişənin həlli prosesində beynəlxalq vasitəçilik institutlarının fəaliyyətinə də toxundu. O, xüsusilə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların uzun illər ərzində nəticə vermədiyini qeyd etdi.
Nəticədə Azərbaycan beynəlxalq hüququn prinsiplərinə və BMT Nizamnaməsinin 51-ci maddəsi ilə özünümüdafiə hüququnu təsbit edən müddəalarına əsaslanaraq ərazi bütövlüyünü hərbi-siyasi vasitələrlə bərpa etdi.
Azərbaycanın əldə etdiyi digər mühüm təcrübə isə müharibədən sülhə keçid modelidir. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan ərazilərini güc vasitəsilə azad etdikdən sonra Ermənistanla siyasi dialoq yolu ilə sülhə nail olub. Müasir tarixdə nadir hallarda rast gəlinən bu model göstərir ki, beynəlxalq hüquqa əsaslanan mövqe və güclü siyasi iradə sülhün təmin olunmasına gətirib çıxara bilər.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesinin sürətlə irəliləməsi də mühüm siyasi hadisədir. 2023-cü ilin sentyabrında baş vermiş son hərbi qarşıdurmadan sonra 2025-ci ilin avqustunda sülh sazişinin paraflanması regionda yeni siyasi reallıqlar yaradıb. Bu gün artıq sərhəddə sabitlik hökm sürür və tərəflər sülhün real nəticələrini görməyə başlayıblar.
Azərbaycanın qərarı ilə Ermənistanla danışıqların ikitərəfli formatda aparılması isə prosesin sürətlənməsinə səbəb oldu. Prezident İlham Əliyevin vurğuladığı kimi, üçüncü tərəflərin iştirakı olmadan aparılan birbaşa dialoq sülhün əldə olunmasında daha effektiv mexanizm olduğunu göstərdi.
Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri də enerji təhlükəsizliyi oldu. Dövlət başçısı vurğuladı ki, müasir dünyada enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Azərbaycan bu sahədə qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır. BU gün ölkəmiz neft, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisinin istehsalı və ixracı sahəsində geniş fəaliyyət göstərir. Azərbaycan həmçinin enerji bazarlarında sabitliyin qorunması istiqamətində fəal iştirak edir və OPEC+ formatında məsuliyyətli tərəfdaş kimi çıxış edir. Bu gün Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayı artaraq 16-ya çatıb və bütün bu ölkələr qazı boru kəmərləri vasitəsilə əldə edir. Bu göstərici Azərbaycanın Avrasiya məkanında enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rolunu bir daha nümayiş etdirir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın beynəlxalq nəqliyyat-logistika sistemində oynadığı rolun da əhəmiyyətini qeyd etdi. Dövlət başçısının sözlərinə görə, qlobal münaqişələr nəticəsində bir çox ənənəvi nəqliyyat marşrutları pozulur və yeni alternativ dəhlizlərə ehtiyac yaranır. Bu kontekstdə Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının mühüm iştirakçısı və əsas logistika mərkəzlərindən biri kimi çıxış edir. Xüsusilə Orta Dəhliz layihəsi Asiya ilə Avropa arasında alternativ və təhlükəsiz ticarət marşrutu kimi böyük əhəmiyyət daşıyır. Ermənistanla sülh əldə olunduqdan sonra bu dəhlizin yeni istiqamətinin yaradılması planlaşdırılır ki, bu da regionun iqtisadi inteqrasiyasını daha da gücləndirə bilər. Bu marşrut vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa nəqliyyat və enerji bağlantısının yaradılması nəzərdə tutulur.
XIII Qlobal Bakı Forumunda səsləndirilən fikirlər göstərir ki, Azərbaycan yalnız regional deyil, həm də qlobal miqyasda sülh, təhlükəsizlik və əməkdaşlıq təşəbbüslərinin fəal tərəfdarıdır. Prezident İlham Əliyevin çıxışında vurğulanan əsas məqam ondan ibarətdir ki, müasir dünyada davamlı inkişaf və sabitlik yalnız qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və siyasi dialoqa əsaslanan əməkdaşlıq mühitində mümkün ola bilər.
Beləliklə, Azərbaycan son illərdə təkcə regional münaqişəni həll edən ölkə kimi deyil, həm də təhlükəsizlik, enerji və nəqliyyat sahələrində qlobal proseslərə təsir göstərən aktor kimi çıxış edir.
Bəhruz Ramazanov
YAP Qusar rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

