Azərbaycan–ABŞ münasibətlərində yeni strateji mərhələ
16.02.2026 [18:52]
Bu gün Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanınması dövlətimizin yürütdüyü düşünülmüş və ardıcıl siyasətin məntiqi nəticəsidir. Ölkəmiz təkcə regionda deyil, qlobal miqyasda da sabitlik, təhlükəsizlik və əməkdaşlıq platforması kimi çıxış edir.
Azərbaycan beynəlxalq münasibətlər sistemində verdiyi sözə sadiqliyi, üzərinə götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirməsi ilə etimad qazanan dövlətdir. Ölkəmiz qarşısında duran vəzifələri hər zaman yüksək intizam və peşəkarlıqla icra edib ki, bu da ona olan beynəlxalq inamı daha da möhkəmləndirib.
Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq münasibətlərinin 33 ildən artıq tarixi var. Bu il fevralın 10-da Bakıda "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanması ilə iki ölkə arasında əlaqələrdə yeni səhifə açıldı.
Bu səfər və əldə olunan razılaşmalar təkcə ikitərəfli əlaqələrin inkişafı baxımından deyil, həm də Cənubi Qafqazda davamlı sülhün, regional sabitliyin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm tarixi hadisə kimi dəyərləndirilməlidir.Strateji tərəfdaşlığın formalaşması siyasi iradə və qarşılıqlı etimada əsaslanır.
Sülh gündəliyi və regional sabitlik ölkəmiz üçün hər zaman prioritet olub.
Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri də Ermənistan–Azərbaycan münasibətlərində sülh prosesi oldu.
Altı aydır davam edən sülh şəraiti göstərir ki, Azərbaycan konstruktiv mövqeyi və prinsipial siyasəti ilə regionda sabitliyin əsas təminatçısıdır.
Sülhün möhkəmlənməsi həm iqtisadi inkişaf, həm nəqliyyat əlaqələri, həm də humanitar əməkdaşlıq üçün yeni imkanlar açır.
Tramp–Vens administrasiyasının təşəbbüsü ilə irəli sürülən Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsi regionun nəqliyyat və logistika xəritəsini köklü şəkildə dəyişəcək strateji layihədir.
Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirir, Azərbaycan və Ermənistan üzərindən Asiya ilə Avropanı əlaqələndirir, Orta Dəhlizin imkanlarını genişləndirir, beynəlxalq ticarətin təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsinə şərait yaradır.
Enerji təhlükəsizliyi də görüşdə danışıqların əsasını təşkil etdi. Çünki bu sahədə Azərbaycanın strateji rolu əvəzsizdir.
Azərbaycan bu gün Avropanın və regionun enerji təhlükəsizliyində əsas aktorlardan biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz 16 dövlətin enerji təhlükəsizliyini təmin edir ki, onların əksəriyyəti NATO üzvü və ABŞ-ın müttəfiqləridir.
Ən ümdəsi Azərbaycan hər zaman sübut edib ki, ona etimad olunan hər bir missiya, istər sülh, istər enerji, istərsə də humanitar sahədə, ən yüksək səviyyədə və ləyaqətlə yerinə yetirilir.
Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxYeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40

