Yeni Azərbaycan Partiyası yarandığı gündən ümumxalq partiyası olduğunu təsdiqləyib
19.11.2013 [09:18]
YAP Yasamal rayon təşkilatı partiyanın yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirib
Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı partiyanın yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirib. Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü professor Fikrət İsmayılov bildirib ki, YAP zamanın tələbi, xalqın istəyi ilə yaranan partiyadır.
Onun sözlərinə görə, Ulu öndərin “Dünənin, bu günün və gələcəyin partiyası” deyə həm keçmişini, həm bu gününü, həm də gələcəyini müəyyən etdiyi YAP-ın yarandığı gündən öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurlarına atdığı imzası onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirib, ümumxalq partiyası olduğunu təsdiqləyib.
F.İsmayılov partiyanın yaradılmasından bəhs edərkən bildirib ki, partiyamızın təsis konfransı məlum səbəblərdən 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın Sədri seçildi. Konfransda Azərbaycanın əksər rayonlarından cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndə iştirak edirdi: “Sonra partiyanın rayon təşkilatları yaradılmağa başladı. 1993-cü il yanvarın 9-da YAP Yasamal rayon təşkilatının yaradılması məqsədilə 17 nəfərdən ibarət təşkilat komitəsi formalaşdı. Bu təşkilat komitəsinə rəhbərlik mənə həvalə olundu. Fevralın 20-dək 26 ilk partiya təşkilatı təsis olundu. 1993-cü il fevralın 20-də 560 nəfər üzvün iştirakı ilə YAP Yasamal rayon təşkilatının təsis konfransı keçirildi”.
“YAP tarixə qalibiyyətlər partiyası kimi düşüb” deyən F.İsmayılov əlavə edib ki, partiya yaranandan sonra ölkədə keçirilən bütün seçkilərdə qazanılan qəlbələr bunu deməyə əsas verir. Rayon təşkilatının sədrinin sözlərinə görə, bu uğurların mərkəzində duran başlıca məqam xalq faktorudur: “Yəni, YAP ümumxalq pariyası olduğu üçün hər zaman xalqdan dəstək alıb və məhz bunun nəticəsidir ki, 9 oktybrda keçirilən prezident seçkilərində partiyamızın Sədri cənab İlham Əliyev yenidən dövlət başçısı seçildi”.
Çıxış edən Bakı Metropoliteninin rəisi, YAP Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov bildirib ki, Azərbaycanın bugünkü uğurları Heydər Əliyev siyasətinin təntənəsidir: “Düzgün qurulan siyasət nəticəsində Azərbaycan günbəgün inkişaf edir, beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirir. Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu YAP yarandığı gündən ümumxalq partiyasına çevrilməklə həyata keçirdiyi siyasət nəticəsində biri-birindən əhəmiyyətli uğurlara imza atdı”.
Tədbirdə çıxış edən akademik Teymur Bünyadov da deyib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan YAP respublikamızın siyasi avanqardı, cəmiyyətimizin ən güclü siyasi partiyasıdır: “Bu partiyanın siyasi səhnəyə gəlməsi ilə ölkəmizdə demokratiya, azadlıq, müstəqillik ideyalarının həqiqi mahiyyəti öz təcəssümünü tapdı. Məhz bu partiya siyasi müstəqillik savaşının çətin yollarından ötüb suveren dövlət quruculuğu vəzifələrini həyata keçirən insanlara, xalqa, dövlətə təmənnasız, həqiqi xidmətlər nümunəsi aşıladı”.
Milli Məclisin deputatı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, YAP Siyasi Şurasının üzvü, professor Gülçöhrə Məmmədova isə bildirib ki, YAP-ın 21 illik tarixi Azərbaycanın inkişafının, müstəqilliyinin formalaşmasının, müstəqil Azərbaycan dövlətinin qurulmasının tarixidir: “Əsası partiyamızın qurucusu, Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və YAP-ın sədri, Prezident İlham Əliyev tərəfindən son 10 ildə qətiyyət və müdrikliklə həyata keçirilən uğurlu siyasət xarici təsirlərə və təzyiqlərə, regiondakı mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq Azərbaycanı ardıcıl, məqsədyönlü şəkildə demokratiya, tərəqqi, yüksək rifah və əmin-amanlıq yolu ilə aparır. Bu gün Azərbaycan vətəndaşları iqtisadi inkişafın real nəticələrini görür”.
Tədbirdə çıxış edən Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə bildirib ki, YAP Ümummilli liderimiz Heydər Əliyevin ideyalarının reallaşmasında aparıcı rol oynayıb: “Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsini yaşayan Azərbaycanın xilaskarına çevrildi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Təbi ki, bu prosesdə YAP hər zaman öndə gedib və bu gün partiyamız Prezident İlham Əliyevin Sədrliyi ilə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir”.
Xəbər lenti
Hamısına baxSosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

