Yeni qlobal reallıqlar və Azərbaycan gəncliyinin missiyası
22.01.2026 [18:17]
Bugünkü dünyada gənclər sürətlə dəyişən qlobal proseslərin birbaşa iştirakçısına çevriliblər. Texnologiyanın inkişafı, informasiya bolluğu və beynəlxalq münasibətlərdə baş verən dəyişikliklər gənclərin dünyagörüşünə, düşüncə tərzinə və gələcək planlarına ciddi təsir göstərir. Məhz bu baxımdan Prezident İlham Əliyevin 20 yanvar 2026-cı ildə Davosda “Euronews” televiziyasına verdiyi müsahibə gənclər üçün xüsusi əhəmiyyət daşıyan mesajlarla zəngindir.
Cənab Prezident müsahibəsində vurğulayıb ki, dünya artıq əvvəlki kimi deyil. Qlobal qaydalar dəyişir, yeni çağırışlar ortaya çıxır və dövlətlər öz talelərini daha çox öz gücləri hesabına müəyyən etməli olurlar. Bu fikirlər gənclər üçün mühüm dərsdir, müasir dövrdə uğur qazanmaq üçün yalnız kənar dəstəyə güvənmək kifayət etmir, insanın öz bilik və bacarıqları, iradəsi və məqsədyönlü fəaliyyəti əsas rol oynayır. Gənclər bu reallığı dərk edərək öz üzərlərində daha çox işləməli, daim inkişaf etməyə çalışmalıdırlar.
Müsahibədə Azərbaycanın müstəqil və balanslı siyasət kursu xüsusi vurğulanıb. Prezident İlham Əliyev bildirib ki, ölkəmiz milli maraqlara əsaslanan qərarlar qəbul edir və heç bir xarici təzyiqə boyun əymir. Bu yanaşma gənclərə öz həyatlarında da prinsipial olmağın, müstəqil düşünməyin və məsuliyyətli qərarlar verməyin vacibliyini göstərir. Gənclər yalnız başqalarının fikrini təkrarlayan deyil, öz mövqeyi və baxışı olan fəal vətəndaşlar kimi formalaşmalıdırlar.
Regional sülh və sabitlik mövzusu da müsahibənin əsas xəttini təşkil edib. Prezident qeyd edib ki, Cənubi Qafqazda sülhün təmin olunması gələcək inkişaf üçün əsas şərtdir. Bu fikirlər gənclər üçün ümidverici mesajdır. Sülh şəraitində təhsil almaq, işləmək, ideyalarını reallaşdırmaq və dünyaya açılmaq daha asandır. Gənclər bu sülhün qorunmasında yalnız müşahidəçi yox, fəal iştirakçı olmalı, cəmiyyətə fayda verən təşəbbüslərlə çıxış etməlidirlər.
Enerji təhlükəsizliyi və yaşıl enerji məsələlərinə toxunan cənab Prezident İlham Əliyev Azərbaycanın bu sahədə mühüm rol oynadığını bildirib. Bu mövzu xüsusilə gənclər üçün aktualdır, çünki gələcəyin enerjisi, ekoloji tarazlıq və davamlı inkişaf məhz onların yaşayacağı dünyanı formalaşdıracaq. Gənclər alternativ enerji, ekoloji məsuliyyət və innovasiya sahələrində biliklərini artıraraq ölkənin inkişafına töhfə verə bilərlər.
Müsahibədə səsləndirilən əsas ideyalardan biri də güclü dövlətin güclü vətəndaşlardan formalaşmasıdır. Güclü vətəndaş isə savadlı, vətənpərvər, müasir düşüncəli və fəal gənc deməkdir. Ölkə Bşçısınının mesajları gəncləri passiv mövqedən çıxmağa, cəmiyyətin və dövlətin gələcəyində öz yerlərini görməyə çağırır.
Nəticə etibarilə, cənab Prezident İlham Əliyevin Davosda verdiyi müsahibə gənclər üçün sadəcə siyasi açıqlama deyil, gələcəyə yönəlmiş yol xəritəsidir. Bu yol bilik, məsuliyyət, müstəqil düşüncə və milli dəyərlərə bağlılıqdan keçir. Azərbaycan gəncliyi bu çağırışlara cavab verərək həm öz gələcəyini, həm də ölkənin sabahını qurmaq gücünə malikdir.
Leyla Məhərrəmova
YAP Ağcabədi rayon təşkilatının gənc fəalı
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

