Uğurlu siyasətin nəticəsidir ki, bu gün güclü Azərbaycan dövləti var
06.01.2026 [15:32]
Prezident İlham Əliyevin hər ilin əvvəlində yerli televiziya kanallarına müsahibə verməsi artıq ənənə halını alıb. Ölkə başçısı ötən il ərzində görülmüş işləri təhlil edir və cari ildə həyata keçiriləcək layihələr haqqında məlumat verir. Ötən gün yerli televiziya kanallarına verdiyi müsahibədə Prezident İlham Əliyev 2025-ci ili ölkəmiz üçün tarixi bir il olaraq xarakterizə etdi. Belə ki, məhz ötən il Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflandı, artıq bir neçə aydır ki, xalqımız sülh şəraitində yaşayır. Eyni zamanda, 2025-ci ildə Azərbaycan-Amerika münasibətləri yeni bir mərhələyə qədəm qoydu.
Beynəlxalq münasibətlər sistemində Azərbaycan bu gün müstəqil siyasət yürüdən dövlətdir və hər bir dövlət də bu reallıqla barışmaq məcburiyyətindədir. Bunu müxtəlif qütblərdə dayanan ölkələrlə qurulan yüksək səviyyəli əlaqələr də təsdiq edir. Belə ki, ölkəmiz 2025-ci ildə həmçinin Çinlə Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamışdır. Ölkəmizin D-8 təşkilatına üzvlüyünü də xüsusilə qeyd etmək lazımdır. Ümumiyyətlə, Azərbaycanın xarici siyasət kursu çoxşaxəlidir və ölkəmiz etibarlı tərəfdaş olaraq qəbul edilir.
Yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev ölkə iqtisadiyyatının davamlı inkişafından, qeyri-neft sektorundakı artım dinamikasından, eləcə də ölkəmizin bərpaolunan enerji potensialından və bu sahədə həyata keçirilən genişmiqyaslı layihələrdən bəhs etdi. Ölkə başçısı qeyd etdi ki, bərpaolunan enerji mənbələrindən istifadə əlavə imkanlar yaradacaq. Belə ki, həm qaz, həm də elektrik enerjisinin ixracı artacaq. Bununla da ölkəmizin gəlirləri daha da yüksələcək. Ölkəmizin gəlirlərinin artmasına mühüm təsirlərdən biri də nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsidir. Zəngəzur dəhlizinin açılması bu sahədə böyük əhəmiyyətə malik olacaq. Eyni zamanda, Azərbaycanın zəngin turizm potensialı da vardır ki, bu sahənin daha da inkişafı ölkə iqtisadiyyatının güclənməsinə gətirib çıxaracaq. Qarabağ və Şərqi Zəngəzur qeyd olunan sahələrdə ölkə iqtisadiyyatının davamlı inkişafında müstəsna əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevin siyasətinin mərkəzində insan amili və sosial ədalət prinsipi dayanır. Yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində də bir daha bunun şahidi olmaq mümkündür. Ölkə başçısının həyata keçirdiyi düşünülmüş, uzaqgörən siyasət Azərbaycan dövlətinin gücləndirilməsinə və xalqımızın sülh, firavanlıq, əmin-amanlıq şəraitində yaşamasına xidmət edir.
Müasir beynəlxalq münasibətlər sistemində əsas prinsiplərdən biri odur ki, mövcud olmaq üçün güclü olmaq mütləqdir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, bu gün dünyanın siyasi xəritəsində güclü Azərbaycan dövləti var. Bu reallıqdır və bu reallıq artıq qəbul edilib.
Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatı Aparatının ideoloji işlər üzrə məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

