/ / “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiyanın gündəmə gətirilməsi dərin simvolik məna kəsb edir
“Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiyanın gündəmə gətirilməsi dərin simvolik məna kəsb edir
19.12.2025 [12:57]
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar cəza siyasətinin humanistləşdirilməsi, alternativ cəzaların tətbiqi və məhkəmə qərarlarının ədalət prinsiplərinə uyğunlaşdırılması istiqamətində ardıcıl xarakter daşıyır. Amnistiya təşəbbüsü bu islahatların məntiqi davamı olaraq hüquqi dövlət quruculuğunda yeni mərhələnin göstəricisidir. Amnistiya aktları Azərbaycan dövlətinin humanist mahiyyətini və sosial məsuliyyətini ifadə edən mühüm hüquqi mexanizmlərdən biridir. Bu cür təşəbbüslər yalnız cəza siyasətinin yumşaldılması deyil, eyni zamanda, cəmiyyətin bütövlüyünün qorunması, sosial ədalətin təmin olunması və insan hüquqlarına hörmətin gücləndirilməsi məqsədi daşıyır. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən amnistiyalar minlərlə insanın azadlığa qovuşmasına, cəza müddətlərinin azaldılmasına və onların normal həyata qayıtmasına şərait yaradıb. “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiyanın gündəmə gətirilməsi dərin simvolik məna kəsb edir. Bu addım Azərbaycan dövlətinin tam suverenliyinin təmin olunduğu, konstitusion quruluşun möhkəmləndiyi bir dövrdə hüquqi və mənəvi dəyərlərin vəhdətini nümayiş etdirir. Konstitusiyanın qəbulundan keçən dövr ərzində ölkəmizdə hüquqi institutlar formalaşıb, məhkəmə-hüquq sistemi təkmilləşdirilib, insan hüquqlarının müdafiəsi sahəsində mühüm nailiyyətlər əldə olunub. Müstəqil Azərbaycan Respublikasında hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi təsbit etməklə, ədalət, humanizm və qanunun aliliyi prinsiplərini dövlət idarəçiliyinin əsasına çevirib. Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü xüsusi hüquqi, sosial və mənəvi məna daşıyır. Amnistiya təşəbbüsü eyni zamanda cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin islah olunmasına stimul verir, onların cəmiyyətə faydalı vətəndaş kimi qayıtmasına imkan yaradır. Bu proses ailələrin birləşməsinə, sosial gərginliyin azalmasına və ictimai sabitliyin möhkəmlənməsinə xidmət edir. Dövlət bu addımla sübut edir ki, onun məqsədi yalnız cəzalandırmaq deyil, həm də insanlara ikinci şans verməkdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü Azərbaycan Respublikasının güclü dövlət, humanist cəmiyyət və ədalətli hüquq sistemi qurmaq iradəsini bir daha nümayiş etdirir. Bu təşəbbüs Konstitusiyanın ruhuna uyğun olaraq insan ləyaqətinin qorunmasına, hüquq və azadlıqların təmin olunmasına xidmət edir və müstəqil Azərbaycan dövlətinin inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilir. Amnistiya aktı tətbiq dairəsinə görə müstəqillik dövrünün ən genişmiqyaslı hüquqi-humanitar addımı olacaqdır. 20 mindən çox insanın hüquqi statusuna müsbət təsir göstərəcək bu qərar yalnız fərdlər üçün deyil, bütövlükdə cəmiyyət üçün sosial rahatlama, ictimai etimad və hüquqi sabitlik yaradacaqdır. Bu statistika dövlətin hüquqi siyasətini sosial tənzimləmə və vətəndaşla etimad əlaqələrinin gücləndirilməsi naminə əhəmiyyətli bir vasitə kimi dəyərləndirdiyini nümayiş etdirir.
Ümumilikdə əfv fərmanı və sərəncamların, amnistiya aktlarının ardıcıl tətbiqi ölkədə humanizmə əsaslanan hüquqi ənənənin formalaşmasına xidmət etmişdir. Bu sahədə atılan addımlar göstərir ki, mərhəmət prinsipi dövlət siyasətində davamlı və sistemli xarakter daşıyır. Həmin prosesdə parlament təşəbbüsləri, ictimai gözləntilər və dövlətin strateji baxışı birləşərək hüquqi-humanitar qərarların qəbulunu təmin edir və sosial barışın möhkəmlənməsinə töhfə verir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən amnistiya təşəbbüsü müasir dövlətçilik ənənələrinin, hüquqa sədaqətin və humanist idarəetmənin real göstəricisidir. Həmin addım bir daha sübut edir ki, güclü dövlət anlayışı yalnız siyasi və hərbi imkanlarla deyil, insan ləyaqətinə hörmət, ədalət və mərhəmət dəyərləri ilə ölçülür. Məhz bu yanaşma müasir idarəetmənin humanist təməlini təşkil edir, dövlətin vətəndaşlarla münasibətində etibarlı və səmərəli bir model kimi çıxış edir.
Arifə Abbasova
YAP Tovuz rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34

