Azərbaycan-Özbəkistan strateji müttəfiqliyi Avrasiyada yeni geosiyasi perspektivlər yaradır
17.11.2025 [19:02]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə həm iki ölkə arasında münasibətlərin yüksək dinamikasını, həm də Azərbaycan ilə Mərkəzi Asiya dövlətlərinin regional və qlobal səviyyədə formalaşdırdığı yeni siyasi-iqtisadi reallıqların mahiyyətini nümayiş etdirir. Müsahibənin məzmunu qarşılıqlı etimad, çoxölçülü əməkdaşlıq və tarixi yaxınlığın müasir geosiyasi şərtlərdə dərin strateji müttəfiqliyə çevrildiyini təcəsüm etdirir.
Prezident İlham Əliyev müsahibəsində vurğulayıb ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. Bu məkan xalqlar arasında əsrlər boyunca davam edən ortaq kimliyi və dərin mənəvi dəyərləri özündə ehtiva edir. İlk baxışdan Azərbaycanı regionun digər dövlətlərindən ayıran Xəzər dənizi, əslində, inteqrasiya, nəqliyyat, enerji və təhlükəsizlik sahələrində birləşdirici funksiyanı yerinə yetirir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir.
Azərbaycan liderinin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü dəfə iştirak etməsi faktı da bu əməkdaşlığın sistemli xarakter aldığını göstərir. 2023-cü ildə Düşənbədə və 2024-cü ildə Astanada keçirilmiş görüşlərdə aparılan müzakirələr regionun siyasi koordinasiyasının gücləndirilməsi baxımından xüsusi əhəmiyyətə malik olub. Daşkənd toplantısı isə siyasi iradənin davamlılığını və çoxtərəfli mexanizmlərin praktik nəticələr doğrultduğunu təsdiqləyir.
Prezident İlham Əliyevin UzA-ya müsahibəsində mühüm məqamlardan biri iki ölkə arasında qardaşlıq üzərində qurulmuş müttəfiqlik münasibətlərinin nümunəvi xarakter daşımasıdır. Azərbaycan və Özbəkistanı birləşdirən ortaq tarixi köklər, dil yaxınlığı, mədəni irs və mənəvi dəyərlər münasibətlərin strateji xarakter alması üçün möhkəm təməl yaradıb. Ötən əsrlər boyunca xalqlar arasında formalaşmış qarşılıqlı hörmət bu gün dövlətlərarası siyasi kursa müsbət təsir edən mühüm faktora çevrilib.
Münasibətlərin dinamik inkişafında Azərbaycan Prezidenti ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında yaranmış şəxsi dostluq və etimad mühüm rol oynayır. Bu dostluq dövlətlərarası əməkdaşlığın praktiki məzmununu genişləndirir, strateji qərarların koordinasiyasını asanlaşdırır və çoxşaxəli əməkdaşlığın yeni istiqamətlərə çıxmasına şərait yaradır. Son illər ərzində dövlət başçılarının qarşılıqlı səfərlər həyata keçirməsi münasibətlərin intensivliyinin göstəricisidir.
Ötən ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, eləcə də 2024-cü ilin iyulunda Özbəkistan Prezidentinin Azərbaycana səfəri strateji tərəfdaşlıq gündəliyinə yeni məzmun gətirib. Bu tarixi səfərlər zamanı imzalanan onlarla mühüm sənəd, o cümlədən Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digərləri ölkələr arasında əməkdaşlığın hüquqi və institusional çərçivəsini daha da gücləndirib. Bu sənədlərin icrası həm ikitərəfli münasibətləri, həm də Mərkəzi Asiya–Xəzər–Qafqaz məkanında geniş regional inteqrasiyası sürətləndirir.
Prezident İlham Əliyevin müsahibədə toxunduğu mühüm məsələlərdən biri iki qardaş dövlət arasında yaradılan Ali Dövlətlərarası Şuranın fəaliyyəti ilə bağlıdır. Bu mexanizm münasibətlərin məqsədyönlü şəkildə inkişafını, prioritetlərin dəqiq müəyyənləşdirilməsini və qəbul edilən qərarların icrasına nəzarəti təmin edən vacib siyasi struktur kimi çıxış edir. Daşkənd və Bakıda keçirilmiş iki iclas Şuranın institusional baxımdan artıq formalaşdığını və tərəfdaşlığın strateji idarəetməsində mühüm rol oynadığını göstərir.
Müsahibədə Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə siyasi dəstəyinin qeyd edilməsi qardaşlıq münasibətlərinin səmimiliyini nümayiş etdirir. Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin Özbəkistan tərəfindən inşası qardaşlığın konkret nəticəyə çevrilmiş rəmzidir. Prezident İlham Əliyev bunu ölkələrimiz və xalqlarımız arasında həmrəylik, dostluq və qardaşlıq jesti kimi dəyərləndirir.
Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın əsas istiqamətlərindən biri nəqliyyat və logistika sahəsidir. Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda birgə fəaliyyət region daxilində ticarət əlaqələrinin sürətlənməsinə və Mərkəzi Asiya ölkələrinin qlobal bazarlara çıxış imkanlarının genişlənməsinə mühüm töhfə verir. Statistik rəqəmlər də müsbət dinamikanı təsdiqləyir: Ötən il ərzində tranzit daşımaları 18 faiz artıb, cari ilin ilk doqquz ayının göstəriciləri isə bu yüksəlişin davam etdiyini göstərir.
Azərbaycanın müasir logistik infrastrukturu – Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, genişlənən ticarət donanması və doqquz beynəlxalq hava limanı ölkənin regional nəqliyyat qovşağı rolunu əhəmiyyətli dərəcədə gücləndirib. Bu infrastruktur Mərkəzi Asiya ölkələri üçün də etibarlı alternativ və sabit tranzit marşrutu təmin edir. Zəngəzur dəhlizinin açılmasının bütün region üçün yeni geoiqtisadi imkanlar yaradacağı isə xüsusi vurğulanır.
Energetika sahəsində əməkdaşlıq Azərbaycan–Özbəkistan tərəfdaşlığının ən sabit sütunlarından biridir. SOCAR-ın Özbəkistana ixrac etdiyi neft və neft-kimya məhsulları, eləcə də “Neftegaztexnologiya” birgə müəssisəsinin fəaliyyəti bu sahədə əməkdaşlığın praktiki əsasını təşkil edir. Ötən il Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin sinxronlaşdırılması və bərpaolunan enerji layihələri üzrə imzalanmış strateji sazişlər regionun enerji təhlükəsizliyini gücləndirir və yaşıl enerji istehsalında yeni sinerji yaradır. Bu təşəbbüslər Mərkəzi Asiyanın enerji xəritəsini yenidən formalaşdırmaq gücünə malik olmaqla yanaşı, Xəzər hövzəsini qlobal yaşıl enerji marşrutlarının mühüm aktoruna çevirir.
Prezident İlham Əliyevin UzA-ya müsahibəsi bir daha sübut edir ki, Azərbaycan ilə Mərkəzi Asiya, xüsusən də Özbəkistan arasında əməkdaşlıq həm diplomatik əlaqələrdən, həm də dərin tarixi köklərə, modern siyasi iradəyə, qarşılıqlı etimada və qardaşlıq ənənəsinə söykənir. Bu tərəfdaşlıq regionda yeni geosiyasi sabitlik modeli formalaşdırır, iqtisadi inteqrasiyanı genişləndirir və Orta Dəhlizdən tutmuş enerji təhlükəsizliyinə qədər bütün sahələrdə gələcəyə hesablanmış strateji baxış ortaya qoyur.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

